KONVEKSİYA

(okeanda) suyun şaquli hərəkəti. Suyun sıxlığının dəyişməsindən əmələ gəlir. K. okeanın yuxarı qatlarında və səthində temperaturun aşağı düşdüyü, yaxud duzluluğun artdığı, böyük dərinliklərdə isə temperaturun adiabatik yüksəldiyi şəraitdə inkişaf edir. K. əhatə etdiyi qatlarda suyun qarışmasına, soyuq və isti səthaltı su qatlarının əmələ gəlməsinə, daha aşağı qatların oksigenlə zənginləşməsinə səbəb olur. Payız-qış dövründə K. böyük dərinliklərə, ayrı-ayrı subtropik və tropik qurşaqların dənizlərdə isə dibədək yayılır.
KONVEKSİYA
KORROZİYA
OBASTAN VİKİ
Konveksiya
Şəkildə Yer örtüyünün termal konveksiya hesablamaları |thumb|Şəkildə Yer örtüyünün termal konveksiya hesablamaları göstərilmişdir. Qırmızı rəng isti, göy rəng isə soyuq əraziləri təsvir edir. Az qalınlığa malik olan qırmızı rəng isti maddələrin yuxarıya, qalın göy rəng isə soyuq maddələrin aşağıya doğru hərəkətini göstərir.|215x215px]] Konveksiya- Enerjinin maye və qaz axını (maddə daşınması) ilə köçürülmə prosesi. Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır. Bərk cisimlərdə istilikvermə maddə daşınması ilə baş vermədiyindən (molekulyar quruluş əsasında) konveksiya hadisəsi də baş vermir. Konveksiya istilik ötürülməsinin ən əsas növlərindəndir. Konveksiya atmosferdə, okeanlarda, planetar mantiyada geniş miqyasda meydana gəlir və günəş və bütün ulduzların xariclərində və daxillərində daim konveksiya prosesi baş verir. Konveksiya zamanı mayenin hərəkəti görünməz dərəcədə yavaş ola bilər və ya qasırğadakı kimi açıq və sürətli ola bilər. Astronomik cədvəllərdə, qazın və tozun konveksiyası, qara dəliklərin akkreditasiya disklərində, işığa yaxınlaşa biləcək sürətlə meydana gələcəyi düşünülür. Atmosferdə konveksiya müəyyən miqdar hava kütləsinin şaquli hərəkətidir.

Digər lüğətlərdə