Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976).
5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.