Kork

der; -(e)s, -e tıxac; F mantar
Korinthe
korken
OBASTAN VİKİ
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Bülənt Korkmaz
Bülənt Korkmaz (türk. Bülent Korkmaz, 24 noyabr 1968, Malatya) — Türkiyə futbolçusu, Qalatasaray klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi, futbol məşqçisi. == Həyatı == 24 noyabr 1968-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. == Baş məşqçi karyerası == Karyerası boyu 4 klubda çalışmış məşqçi onların heç birində bütöv mövsüm keçirə bilməyib. Ən yaxşı halda, Kayseri Ərciyəssporla bir mövsümün ikinci dövrəsini sona çatdırıb, növbəti birinciliyin ilk dövrəsinin ortalarında istefaya göndərilib. Digər 3 komandada isə 1 dövrədən artıq ona güvənən olmayıb. 2009-cu ilin sentyabr ayında Bakı futbol klubu ilə 1+1 şərtilə rəsmi müqavilə bağlayıb.
Dmitri Korkin
Dmitri Korkin (saxa Коркин Дмитрий Петрович 5 sentyabr 1928, Kıtanax[d], Yakutiya MSSR – 22 fevral 1984, Saxa) — Yakut əsilli Sovet sərbəst güləş üzrə məşqçisi, Yakutiya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Yakutiya Muxtar Sovet Sosialist Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nın əməkdar məşqçisi, Şərəf nişanı və Oktyabr inqilabı ordeni sahibi, Yakutiyanın 20-ci əsrinin insanı. 1970-ci illərin birinci yarısının ən yaxşı dünya güləşçilərinin məşqçisi — Olimpiya çempionları — Roman Dmitriev (1972) və Pavel Pinigin (1976). 5 sentyabr 1928-ci ildə Kıtanaxda kolxozçu Pyotr Kirilloviç və Maria Andreevna Korkinsin ailəsində anadan olmuşdur. 1934-cü ildə Dmitri, bacısı və kiçik qardaşı yetim qalır. 1939-cu ildə Belolyubski (Arılax) ibtidai məktəbinin birinci sinfinə daxil olur. 1940–41 tədris ilində Kıtanax yeddi illik məktəbində ikinci sinif şagirdi idi. Bulunski rayonunun Boroqonski qəsəbəsindəki yeddi illik məktəbi (1948), Yakutsk şəhərinin 2 nömrəli orta məktəbini (1951) bitirir. Yakutsk şəhərinin sanitar-meşə məktəbində müəllim və baş pioner lider kimi çalışmışdır (1951–52). Leninqrad Pedaqoji İnstitutunun tələbəsi kimi (1952–56) sambo güləşində idman ustası namizədi olur. Təhsilini birdikdən sonra rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnir.
Korkovado
Korkovado (port. koʁkoˈvadu) — Brazilyanın Rio-de-Janeyro şəhərində yerləşən dağdır. Korkovado portuqalcada qozbel mənasına gəlir. 710 metr hündürlüyü olan bu dağ tijuka meşəsində yerləşir. Dağda İsa Məsihin heykəli yerləşir. Dağa Korkovado dəmir yolu vasitəsilə getmək mümkündür. Bu dəmir yolu 1884-cü ildə açılmışdır. 20 dəqiqə müddətinə çatmaq mümkündür.
Korkut Boratav
Korkut Boratav (1935, Konya)—türk iqtisadşısı. Türkiyənin yetişdirdiyi önəmli alimlərindən biri olan Marksist iqtisadçı Korkut Boratav 1935-ci ildə Konyada doğuldu. 1959-cu ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdi. 1960-cı ildə tamamladığı Maliye Teorisi yüksek lisans eğitimi sonunda Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinə asissent olaraq daxil oldu. 1964-cü ildə, eyni fakültədə, "iqtisad doktorası"nı tamamladı. 1964–1966-cı illərdə Kembric Universitetində araşdırmalar apardı. 1972-ci ildə dosent oldu. 1974-cü ildə Birleşmiş Milletler Cenevre Ofisində müşavir oldu. 1980-ci ildə Ankara Universiteti Senatosunca profesörlüğe yükseltildi. 1983-cü ildə Ankara Sıkıyönetim Komutanlığı'nca 1402 sayılı yasaya göre Üniversitedeki görevine son verildi.
Mattyu Korkoran
Mattyu Korkoran (17 fevral 2006, Texas, ABŞ) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar ABŞ futbolçusu. Korkoran futbolçu karyerasına Dallas Texans klubunda başlamışdır. 2018-ci ildə Dallas klubunun akademiyasına qəbul olmuşdur. 2020-ci ilin noyabr ayında o, Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" çağırılmışdır. Korkoran öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 59-cu dəqiqədə Kollin Smiti əvəz etmişdir. Amerika Birinci Liqası görüşündə Nort Texas rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. Oyun tərzinə görə Korkoran bir çoxları tərəfindən ən yaxşı 8 nömrələrdən olan Koke ilə müqayisə olunur. 19 iyun 2021 tarixində yenilənib 1KONKAKAF Çempionlat Liqası görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.