is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət.
[Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov.
[Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal.
□ Korluq vermək –
1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək;
2) sıxıntı vermək, lazımi qaydada baxmamaq.
[Gülsənəm:] Yox, oğul, insafən biz mal-qaraya korluq vermədik. M.Hüseyn.
[Bərbərzadə:] Mən isə, tərsinə, özümə korluq verən deyiləm. S.Rəhman.
Uşaq olma, yeməyinə korluq versən zəif düşərsən… Mir Cəlal.
Korluq etmək dan. – müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək.
Korluq çəkmək – ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək.
– [Hacı Osman:] Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki. N.Vəzirov.
[Hacı Əhməd Almaza:] Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz. C.Cabbarlı.
[Müvəkkil Firəngizə:] Görünür yamanca korluq çəkmisiniz. B.Bayramov.
Korluğunu çəkmək – birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək.
[Qurban:] Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki. Ə.Haqverdiyev.