Korrektura
Korrektura – [lat. correction, corectio – təshih etmə] sözünün aşağıdakı mənaları var:
mətnin yığımı zamanı buraxılmış durğu işarələrinin və orfoqrafiya səhvlərinin düzəldilməsi;
mətbəədə yığılmış mətn (nabor) səhvlərinin düzəldilməsi, təshih edilməsi;
yığılan mətndən (nabordan) çıxarılan nüsxə;
səhvləri düzəltmək üçün yığılmış mətndən çıxardılan nüsxə.
Korrektura işarələri – yığılmış mətndə buraxılmış səhvləri təshih etmək və çapda olan qüsurları göstərmək üçün işlədilən xüsusi işarələr.
Korrektor – [lat. corrector – təshih edən] mətbəədə, qəzetdə, kitabda, jurnalda və. s-də səhvlərin düzəldilməsini korrektura edən – korrektura ilə məşğul olan adam.
== Ədəbiyyat ==
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.