KORUŞ
KOSA
OBASTAN VİKİ
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Kos-e-Dyej
Kos-e-Dyej (fr. Causse-et-Diège, oks. Causse e Diège) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12257. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 422 nəfərdən (15-64 yaş) 314 nəfəri iqtisadi cəhətdən fəal, 108 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 66.5%) idi.
David Kosteletski
David Kosteletski (çex. David Kostelecký; 12 may 1975[…], Brno) — trap növündə çıxış edən Çexiya atıcısı. 2008-ci ildə Olimpiya çempionu, 2019-cu ildə Avropa Oyunlarının çempionu, 2011-ci ildə dünya çempionatının gümüş mükafatçısı, 2002 və 2017-ci illərdə Avropa çempionu, 1995-ci ildə yeniyetmələr arasında dünya çempionu, 1992 və 1993-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olmuşdur. 1996, 2000, 2008, 2012 və 2016 Olimpiya Oyunlarının iştirakçısı. Onun həyat yoldaşı Lenka Kosteletskayadır (öncəki soyadı Bartekova idi), hansı ki məşhur Slovakiya idmançısı Danka Bartekovanın bacısıdır. Üç oğlu var: Denis, Alan və Daniel.
Dejö Kostolanyi
Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885[…], Subotiça – 3 noyabr 1936[…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı. Kostolanyi 1885-ci ildə Serbiyanın Voevodina vilayətinin Suboçita şəhərində anadan olmuşdur. Suboçita şəhəri Kostolanyinin "Skylark" və "Qızıl çarpələng" novellarında yer alan Sersiq şəhərinin modeli idi. Fizika və kimya professoru və məktəb müdiri olan Arpad Kostolanyi (1859–1926) və fransız mənşəli olan Eulalia Brennerin övladı idi. Orta məktəbə Subotiça şəhərində başlamışdı, lakin sonra müəllimi ilə münaqişə etdiyinə görəməktəbdən qovuldu və Seqed şəhərində xüsusi şəraitdə təhsilini başa vurdu. 1903-cü ildə Budapeştə köçdü və Budapeşt Universitetində təhsil almağa başladı və o, burada Mihay Babiç və Dyula Yuhas ilə tanış oldu. 1908-ci ildə Kostolanyi Parisə köçən Endre Adini əvəz edərək Budapeştdə bir qəzet mətbəəsində müxbir kimi işləməyə başladı. 1910-cu ildə "Balaca yazıq uşağın şikayətləri" (The Complaints of a Poor Little Child) adlı ilk poemalar kitabı ona böyük bir müvəffəqiyyət gətirdi. Kitabın nəşri yaradıcılığında məhsuldar bir dövrün başlanğıcı hesab edilirdi.
Denilson da Kosta
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Dünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Elm və Kosmos Muzeyi
Elm və Kosmos muzeyi — İspaniyanın Makaroneziya Kanar adalarında, Tenerife adasındakı San Cristobal de La Laguna şəhərində yerləşən astronomiya, texnologiya və elm muzeyidir. Tenerife Şurası, Tenerife Muzeylər və Mərkəzlər Təşkilatına aiddir. Muzey 1993-cü ildə Şura və Kanar Adaları Astrofizika İnstitutunun təşəbbüsü tərəfindən açılmışdır. Kanar adalarının və Makaron arxipelaqının əsas astronomiya və elm muzeyi hesab olunur. Bina memarlar Jordi Garcés və Enric Sòria tərəfindən dizayn edilmiş, muzey isə Enrik Franç tərəfindən hazırlanmışdır. Muzey yarım ulduz formasındadır və La Laqunada IAC-a bitişik yerləşir. Muzeyin yaradılmasına Kanar Adaları Astrofizika İnstitutu və Tenerife Şurası kömək etmişdir. 11 may 1993-cü ildə keçirilən açılış mərasimində rus kosmonavtı Sergey Krikalev iştirak etdi və 6 iyul 1993-cü ildə Asturiya Şahzadəsi tərəfindən ziyarət edildi. Hazırda muzeyin direktoru Hector Socas-Navarrodur (11 aprel 2019-cu ildən). Muzey müasir elm muzeyi kimi dizayn edilmişdi, displeylərlə interaktivlik vasitəsilə elmi ünsiyyətə yönəlmişdir.
Feodosi Kosoy
Feodosi Kosoy (rus. Феодосий Косой) — İvan Qroznı dövründə yaşamış rus mütəfəkkiri. O, kilsə iyerarxiyasını, Üçlüyü, müqəddəs mərasimləri, ikonaları və məbədləri rədd edərək tam bərabərliyi təbliğ etmişdir. Onun bu hərəkətləri 1553-cü ildə Matvey Başkin və kilsə xadimi Artemi tərəfindən pislənmişdir. O, təhlükəsizlik üçün Litvaya qaçmış və polyak qardaşlar cəmiyyətinə qoşulmuşdur.
Filay (kosmik aparat)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Françesko Kossiqa
Françesko Kossiqa — İtaliyanın səkkizinci prezindenti (3 iyul 1985 – 28 aprel 1992). Xristian-Demokrat partiyasını təmsil edib.
Georgi Kostaki
Georgi Kostaki (yun. Γεώργιος Κωστάκης rus. Гео́ргий Диони́сович Коста́ки, ləqəbi Qrek(yunan); 5 iyul 1913, Moskva, Rusiya imperiyası — 9 mart 1990, Yunanıstan) — yunan əsilli sovet kolleksiyaçısı; rus avanqardizminin tarixində ən böyük kolleksiyaçısı. Starr S. F., Costakis G., Rakitin V., Bowlt J. E. Russian avant-garde art. The George Costakis collection. New York. Harry N. Abrams, Inc. 1981. Костаки Георгий. Мой авангард.
Geri sayım: Inspiration4 kosmos missiyası (miniserial, 2021)
Geri sayım: Inspiration4 kosmos missiyası (ing. Countdown: Inspiration4 Mission to Space) — 2021-ci ildə Netflix platformasında yayımlanan SpaceX-in Inspiration4 missiyası haqqında çəkilmiş ABŞ istehsalı beş seriyadan ibarət sənədli serial. Netflix 3 avqust 2021-ci ildə rəsmi Twitter səhifəsində kosmos missiyası ilə əlaqəli sənədli serial istehsal etdiyini təsdiqlədi Inspiration4 öz səhifəsində paylaşıma cavab yazdı: "Heyətimizin həyəcanlı, dünya xarici səyahətini əhatə edən "Geri sayım: Inspiration4 kosmos missiyası" serialına @netflix-də baxmağa səbirsizlənirik". Serial işə qəbul prosesini, hazırlığı və mümkün qədər real vaxtda, İlon Maskın SpaceX şirkəti tərəfindən həyata keçiriləcək ilk mülki orbital uçuş haqqındadır. Sənədli serial Time Studios ilə ortaq istehsal edilmişdir. Serialın rejissoru Maykl Cordan haqqında çəkilmiş "Sonuncu rəqs" sənədli filminin rejissoru olan Ceyson Hehirdir. SpaceX şirkətinin təsisçisi İlon Mask insanları serialı izləməyə cəlb etmək üçün sosial media hesabından istifadə etmişdir. O, rəsmi Twitter səhifəsində Inspiration4-ün çıxdığı gün izləyicilərini serialı izləməyə dəvət etdi.[mənbə göstərin] İlk dört seriya 6-13 sentyabr tarixində yayımlandı. Sonuncu seriya isə 30 sentyabrda yayımlandı. The Daily Beast, The Guardian qəzetləri və MTİ serial haqda müsbət fikirlər bildirmişdirlər.
Gizela Kossa
Göygöz Kosa
Göygöz Kosa — 1935-ci ildə yazıçı Məmmədhüseyn Təhmasibin yazdığı "Çiçəkli dağ" alleqorik pyesinin mənfi presonajı. Göygöz Kosa, Simnar xanın vəziridir və xalqa qarşı çox qəddar və acımasızdır. Eyni zamanda cadugərdir və müxtəlif cildlərə girərək hər kəsi aldada bilir. Simnar xan xalqın torpağını və suyunu əlindən almışdır. Göygöz Kosa isə hər yeri öz cadusu ilə ot bitməz, su axmaz qayalığa çevirib. Bunun üçün Həkim Baba daş əridən məlhəm hazırlayır. Simnar xana xidmət edən Göygöz Kosa, dərmanı ələ keçirmək üçün əlindən gələni edən əsas şəxsdir. İlk film uyğunlaşdırması 1959-cu ildə resjissor Əlisəttar Atakişiyevin, yazıçı Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesinin motivləri əsasında çəkdiyi "Bir qalanın sirri" filmidir. Filmdə Göygöz Kosa obrazını sovet teatr və kino aktyoru Andrey Fayt canlandırıb. Ehtimal olunur ki, obrazın kostyumunun dizaynı Ağa Məhəmməd şah Qacarın rəsmlərdəki təsviri geyim tərzindən götürülüb.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır. Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı.
Gəldi Kosa (1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Gəldi kosa (film, 1988)
Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hadum Məscidi (Kosovo)
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Herşel Kosmik Teleskopu
Herşel Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
Heysaku Kosava
Heysaku Kosava (古沢平作, Kosava Heysaku, 17 iyul 1897, Atsuqi[d], Kanaqava prefekturası – 5 oktyabr 1968, Tokio[d]) – Yaponiya psixiatrı və psixoanalitiki. Yaponiyada psixoanalizin əsasını qoymuşdur. Heysaku Kosava 17 iyul 1897-ci ildə Yaponiyanın Kanaqava prefekturasının Atsuqi şəhərində doğulmuşdur. 1926-cı ildə Tohoku Universitetinin Tibb Məktəbindən məzun olmuş, burada professor Kiyoyasu Maruinin tələbəsi olmuşdur. 1931-ci ildə Tohoku Universitetindəki psixiatriya professoru olmuşdur. 1932–1933-cü illərdə Vyana Psixoanaliz İnstitutunda təhsil almış, burada Rixard Şterba və Paul Federnin tələbəsi olmuşdur. Vyanada yaşayarkən Ziqmund Freydin evini ziyarət etmiş və ona alman dilində yazdığı "Günahkarlıq hissinin iki növü" adlı məqaləsini təqdim etmişdir. Bu məqalədə onun tərəfindən irəli sürülmüş Acase kompleksindən bəhs etmişdir. O, Visbaden şəhərində baş tutmuş XX Beynəlxalq Psixoanaliz Assosiasiya konqresində iştirak etmiş ilk yapon olmuşdur. Burada Haynts Hartman və Karl Mennincerlə tanış olmuş, onlarla dostlaşmışdır.
Həvəskar kosmonavt
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
II Kosova döyüşü
17 oktyabr 1448-ci ildə müxtəlif Avropa dövlətlərindən yığılmış xaçlı ordusu ilə Osmanlı qoşunları arasında II Kosova döyüşü başlayıb. 70 minlik Xaçlı ordusuna macar hökmdarı Yanoş Hunyadi, 60 minlik Osmanlı türklərinə sultan II Murad (Mehmet Fatehin atası) başçılıq edirdi. Döyüşdən bir gün qabaq sultan Murad döyüş məsuliyyətini xaçlıların boynuna qoymaq və hərbi vəziyyəti öyrənmək məqsədilə Hunyadi Yanoşa 8 nəfərlik heyət göndərərək saziş anlaşması təklif etdi. Xaçlılar buna razı olmadı. 17 oktyabr sübh çağı başlayan döyüş ilk saatlarda yüngül hücumlarla davam etdi. Günortadan sonra ordusunu 38 qola ayıran Hunyadi güclü hücuma keçdi, ancaq nəticəsi olmadı. Türklər də bir nəticə qazanmadı. Düşmən əsgərlərinin hamısı zirehli olduğu üçün qılınc və ox işləmirdi. Axşam qaranlığı çöküncə hər iki tərəf əvvəlki xətlərinə çəkildi. Yanoş türklərin axşam qaranlığından istifadə edərək geri çəkiləcəklərini zənn edirdi.
II Kosovo müharibəsi
II Kosovo müharibəsi və ya İkinci Kosova Meydan müharibəsi — (macarca: Második Rigómezei csata, (17 Ekim-20 Ekim 1448)) Sultan II Muradın rəhbərliyindəki Osmanlı ordusu ilə Macar komandanı Yanoş Hunyadi rəhbərliyindəki bir müttəfiq ordusu arasında baş vermiş müharibədir. Osmanlı dövlətinin qələbəsi ilə nəticələnmişdir. Varnada alınan məğlubiyyət ilə Macarıstan və Polşa ordularının mühüm bir hissəsinin Türklər tərəfindən yox edilməsinə baxmayaraq, Eflak, Albaniya və Morada baş qaldıran üsyanlarla xristiyanlar Avropada yeni bir Xaçlı ordusu yaradaraq, Osmanlıları Balkanlardan uzaqlaşdırmağa ümid edirdilər. Bu səbəbdən Sultan II Murad şahzadə Mehmedlə öncə More, sonra Albaniya üzərinə yürüş etdi və üsyanlar yatırıldı. Bu əsnada özünə qarşı gələn Xaçlı ordusundan xəbərdar olan sultan, dərhal Sofiyaya dönərək mövcud qüvvələrini birləşdirdi. Hazırlanan təxminən 60.000 nəfərlik qoşun Kosovoya doğru irəliləməyə başladı. Digər tərəfdən Hunyadi Janosda ilə bərabər yeni Eflak prensi Vladislav ilə birgə komandanlıq etdiyi təxminən 70 kin nəfərlik ordusu ilə Peşteden hərəkətə keçdi. Əsas məqsədi Serbiyanı işğal etmək və sonra Belqrad-Kosovo istiqamətində irəliləyərək Albaniyada olduğunu düşündüyü Osmanlı ordusunu arxadan vurmaq, ən pis ehtimalla da Kosovo düzündə hazır gözləyərək özü üçün ən əlverişli nöqtədə Türkləri meydan müharibəsinə məcbur etmək.

Значение слова в других словарях