kox

kox, çöpləri
koheziya
kox çöpləri 2021
OBASTAN VİKİ
Kox adası
Kox adası (ing. Koch Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 458 km², sahil xəttinin uzunluğu isə 130 km-dir. O qədərdə kiçik olmayan ada Foxs körfəzinin şimal hissəsində, Baffin Torpağının qərb sahilində yerləşir. Bu nəhəng adanın Nunavut yarımadasından 14 km cənub-qərbdə Stensbi körfəzinin girişi ilə üzbəüz qərarlaşır. Ən yaxın adalar: Rouli adası 10 km cənubda (Labrador boğazı boyunca), Brey adası 33 km cənub-şərqdə, Yens Munk adası 28 km qərbdə yerləşir. Kox adasının uzunluğu 41,5 km (şimal-şərqdən cənub-qərbə) və eni şimalda 15,5 km-dən cənubda 5 km-ə qədərdir. Ərazi alçaq və ifadəsizdir. Adanın çox hissəsi dəniz səviyyəsindən cəmi 10–20 metr yüksəklikdədir.
Kox şamı
Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4–5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12–15 mm-dir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir.
Robert Kox
Robert Kox (alm. Heinrich Hermann Robert Koch‎; 11 dekabr 1843[…] – 27 may 1910[…], Baden-Baden, Baden knyazlığı[d], Almaniya imperiyası) — Məşhur alman alimi, Nobel mükafatı laureatı 1843-cü ildə Almaniyanın Klaustal-Sellerfeld şəhərində dünyaya gəlmişdir. Uşaq çağlarından təbiətşünaslığa böyük maraq göstərən Robert Klaustal şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra Gettingen Universitetinə daxil olmuşdur. O dövrdə həmin universitetdə İakov Henle, Georq Meyssner, Karl Qasse kimi məşhur alimlər dərs deyirmiş. Əvvəlcə fizika və botanika, sonra isə tibb sahələrinə maraq göstərən Kox mikroblar və onların insan orqanizminə təsiri üzrə elmi-təcrübi araşdırmalar aparmışdır. Məşhur fransız alimi Lui Pasterin tədqiqatları isə onun bu sahəyə elmi marağını daha da artırmışdır. Robert Kox 1866-cı ildə təhsilini başa vurub, xəstəxanalarda çalışmışdır. Həmin vaxtlar o, demək olar ki, elmi araşdırmalarla məşğul olmamışdır. Lakin 1870-ci ildə başlamış Fransa–Prussiya müharibəsində səhra hospitalında həkim kimi fəaliyyət göstərərkən infeksional xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplamışdır. Xüsusilə də, xolera xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər qazanmışdır.
İlza Kox
İlza Kox (1906–1967) — nasist cəlladı. İlza Kox Almaniyanın Drezden şəhərində fəhlə ailəsində anadan olmuşdur. İkinci Dünya Müharibəsi zamanı öz qəddarlığı ilə tarixdə qalmışdır. İlza Kox əsirlərin dərilərini soyduraraq qurudur və onlarla otağını bəzəyirdi. Onun bir sadistliyi də bədənində döymə olan əsirləri dərhal ölümə göndərməsi idi. Döymə dərilər quruduqdan sonra onlardan yataq otağındakı çarpayının, stolun və digər əşyaların üstünü örtmək üçün istifadə edirdi. Əri Karl da ondan geri qalmırdı. O da əsirlərə olmazın işgəncələr verirdi. Buhenvaldda içində vəhşi heyvanlar saxlanan kiçik bir heyvanat bağı vardı. Bu əsir düşərgəsindən bir təsadüf nəticəsində sağ çıxmağı bacaran Morris Hubert sonralar məhkəməyə şahid qismində verdiyi ifadəsində belə demişdi: "Düşərgədə içində ayı və bir qartal olan qəfəs vardı.
Yuri Kox
Yuri Kox (y.sorb Jurij Koch; 15 sentyabr 1936) — Yuxarı Sorb, Aşağı Sorb və Alman dillərində yazan sorb yazıçısı, jurnalisti, dramaturq və tərcüməçisi. Yakub Çişinski adına mükafat laureatı. Yuri Kox işçi ailəsində anadan olub. Krostvitz, Bautzen və Kottbusda orta təhsilini başa vurduqdan sonra 1956-1960-cı illərdə Leypsiqdəki Karl Marks Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1961-1966-cı illərdə Leypsiq Universitetinin Teatr sənəti fakültəsinin aspirantı olub. Radioda redaktor və jurnalist işləyib. 1976-cı ildən sərbəst jurnalist kimi fəaliyyət göstərir. Tərcümələrlə məşğul olur. O, Anton Çexovun əsərlərini və Boris Polevoyun “Bizim Lenin” kitabını yuxarı lusatian dilinə tərcümə edib. 1974-cü ildə Yakub Çişinski adına mükafata layiq görülüb.
Karl Lüdviq Kox
Karl Lüdviq Kox (alm. Carl Ludwig Koch‎; 21 sentyabr 1778 – 23 avqust 1857, Nürnberq, Mərkəzi Frankoniya) — Almaniya entomoloqu və araxnoloqu. O, çoxlu sayda hörümçəkləri təsnif etmişdir. == Əsərləri == Die Pflanzenläuse, Aphiden. Lotzbeck, Nürnberg 1857. Übersicht des Arachnidensystems. Zeh, Nürnberg 1837–50. Deutschlands Crustaceen, Myriapoden und Arachniden. Pustet, Regensburg 1835–44. Die Arachniden.
Bar-Koxba üsyanı
Bar-Koxbanın üsyanı — 132–135-ci illərdə Roma imperiyasının əyaləti İudeyada baş vermiş üsyan. == Üsyanın səbəbləri == İudeyada üsyana səbəb Roma imperatoru Adrianın yəhudilərə qarşı ciddi tədbirləri olmuşdu. O,Yerusəlim şəhərinin yerində Elio-Kapitoli şəhəri saldırmışdı. Məşhur Yaxve məbədinin yerində isə Yupiter ilahəsinə həsr olunmuş məbəd tikdirməyə hazırlaşırdı. Adrian yəhudilərə hətta şənbə günlərini bayram etməyi də qadağan etmişdi. Bu üsyan təkcə Roma zülmünə qarşı deyil, həm də yerli hakim sinfə qarşı çevrilmişdi. == Üsyanın gedişi və məğlubiyyəti == Üsyan bütün İudeyanı əhatə etmişdi. Üsyana Simon adlı bir nəfər rəhbərlik edirdi. Sonuncu özünü Bar-Koxba (Ulduzdan doğulmuş) adlandırırdı. Yəhudilər onu "İlahi xilaskar", "Messiya" adlandırırdılar.
Koxanəbi
Koxanəbi — Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhəddinin yaxınlığında yerləşir. == Əhalisi == === Şəhidləri === Ələkbərov Muraz Məzahir oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Koxanəbi bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koxaqışlaq (Miyanə)
Koxaqışlaq (fars. كوخه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Koxinxin momordiki
Koxinxin qulançarı
Koxinxin qulançarı (lat. Asparagus cochinchinensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Koxir Rəsulzadə
Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş Naziri, 23 noyabr 2013 tarixində təyin edildi. == Bioqrafiyası == Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olub. 1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirib, bundan sonra öz işinə Kuder şəhərində, Tacikirsovxozstroy dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Qafurov rayonu. Sonra Nəzirov istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, Tacirsovxozstroy müəssisəsinin rəisi vəzifələrində çalışdı. Əbdülqahir Nəzirov 2000-ci ilin yanvarından 2006-cı ilin dekabrı ayına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər namizədi elmi dərəcəsinə malikdir.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Məmməd Koxa bulağı
Məmməd Koxa bulağı — Azərbaycanın Qazax rayonunun Daş Salahlı kəndində bulaq. Avey mağarasının yanında yerləşir. 1914-cü ildə Qazax general qubernatoru Məmməd Mahmudov (Məmməd Koxa) tərəfindən dağın döşündən yerin altı ilə çəkilib. Bura Qazax rayonunun əsas turizm mərkəzlərindən biridir. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında çox mənzərəli bir yerdə yerləşir.
Koxinxin momordikası
Koxinxin momordikası (lat. Momordica cochinchinensis) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü.
Koxinxina Muxtar Respublikası
Koxinxina Muxtar Respublikası (vyet. Cộng hòa Tự trị Nam Kỳ, fr. République autonome de Cochinchine) — 1946–1948-ci illərdə Vyetnamın cənub hissəsində mövcud olmuş dövlət qurumu. == Bayrağı == Orijinal versiyada Annam bayrağı təkrarlanırdı. Burada yalnız qara rəngli haşiyə yerinə sarı bayraq mavi rəngdə çərçivəyə salınmışdı. 15 iyul 1946-cı ildə muxtariyyətin rəsmi qəzetində yeni bayraq təqdim olunmuşdu. Bu sarı bir parçadan ibarət idi, ortasında üç üfüqi mavi zolaq kənardan kənara doğru uzanırdı. Bu zolaqlar üç regionu – Annam, Tonkin və Koxinxinanı simvolizə edirdi.
Koxt
Koxt — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. == Coğrafiyası == Koxt havarı Arsak vilayətinin şimal ərazisini əhatə edirdi. Havar, qərbdə Arsak vilayətinin Parisos havarı, şimal-qərbdə Uti vilayətinin Girdman havarı, şimalda Utik vilayətinin Sakasena havarı ilə, şərqdə Uti vilayətinin Uti-Arancaq havarı ilə, cənub-şərqdə Arsak vilayətinin Mets-Kuank havarı, cənubdan isə Arsak vilayətinin Vaykunik havarı ilə sərhədlənirdi. Murovdağın şimal yamaclarını əhatə edən Koxt havarı ərazisi Şəmkir çayı hövzəsi boyunca uzanaraq Şəmkir şəhərinə qədər çatır, qərbdə isə Tovuzçaya qədər davam edirdi. Mənbələrdə qeyd edilən tarixi Getaşen (hazırda Göygöl rayonunun Çaykənd kəndinin ərazisi) və Koxt yaşayış məntəqələri bu havarın ərazisində yerləşirdi. Havar ərazisindən Şəmkirçay və Gəncəçay axırdı.
Mateuş Koxalski
Mateuş Koxalski (pol. Mateusz Kochalski; 25 iyul 2000, Svidnik[d], Lyublin voyevodluğu[d]) — Azərbaycanın "Qarabağ" futbol klubunda qapıçı kimi çıxış edən polşalı peşəkar futbolçu. == Klub karyerası == === Gənclik karyerası === Koxalski futbola BSK Lublin futbol akademiyasında başlamış, 2015-ci ildən Legiya Varşava klubunda gənclər səviyyəsində oynamışdır. Futbolçu 2016-cı ildə 19 yaşadək gənclərdən ibarət komandaya qoşulub. === Legiya Varşava FK === Koxalski mövsümün sonunda, 2017-ci ildən etibarən klubun ikinci komandasında, "Legiya Varşava II"-də oynamağa başlayıb. Futbolçu yeni mövsümdə də ehtiyat qapıçı olmuş və buna görə debüt edə bilməmişdir. 2018-ci ilin fevral ayında futbolçu mövsümün sonuna qədər icarə əsasında Leginoviya Legionovo klubuna transfer edilib. O, klubda debütünü 11 mart 2018-ci ildə "Radomyak Radom" klubu ilə matçda edib. Futbolçu dərhal sonra klubun əsas qapıçısına çevrilmişdir. O, icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib.

Значение слова в других словарях