Kox şamı
Kox şamı - (lat. Pinus kochiana Klotzsch ex C.Koch.) — şamkimilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir mövüdür.
== Qısa morfoloji təsviri ==
Hündürlüyü 15-20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucları itidir, göyümtül-yaşıl və ya göy rəngdədir. Qozaları qısa-yumurtavari və yaxud uzunsov-ovaldır, qonur-boz rəngdə, parlaqdır, tək-təkdir və yaxud 2-4-ü bir yerdədir. Toxumları bozumtuldur, 4–5 mm-ə qədər uzunluğunda, 2- enindədir, qanadlarının uzunluğu 12–15 mm-dir.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Mart-aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir.