KREMASİYA

[əsli lat.] кремация (кремация авун, мейитар кун).
KREM
KREMLİ
OBASTAN VİKİ
Kremasiya
Kremasiya - ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması prosesi. Krematoriya binalarında icra edilən proses nəticəsində vəfat etmiş şəxsin cəsədi 70-80 dəqiqə müddətində 900-1.200 dərəcəlik temperaturda yandırılmaqdadır. Kremasiya ayrı-ayrı xalqlarda müxtəlif təsəvvürlərlə özünü göstərirdi. Odur ki, mütəxəssislər dəfn mərasimini nəinki etnoqrafik nöqteyi-nəzərdən, eyni zamanda dəfnetmə üsulu (inqumasiya və ya kremasiya), dəfnetmə tipi (tək, cüt, kollektiv), qəbirüstü abidənin forması, dəfnetmə zamanı və ondan sonrakı ritual hərəkətlər, qəbir avadanlığı, ölünün vəziyyəti və digər nöqteyi-nəzərdən təqdim etmişlər. Kremasiya, yəni insanın meyitinin yandırılması hələ qədim dövrlərdən mövcud imiş. Bu, Homerin "İliada" əsərində də öz əksini tapmışdır. Sondakı dövrlərdə də ayrı-ayrı ölkələrdə çoxlu sayda belə nümunələr olmuşdur. Hindistanda, Çində, İndoneziyada, Birmada və s.

Digər lüğətlərdə