Krezol
Krezollar (metilfenollar, hidroksitoluenlər) -Kimyəvi formula: C7H8O olan rəngsiz kristallar və ya mayelərdir. Orto-, meta- və para-izomerləri var.
== Kimyəvi xassələri ==
Krezollar etanolda, dietil efirdə, benzolda, xloroformda, asetonda çox həll olur; suda, qələvi məhlullarda həll olunur (kresolat duzlarının əmələ gəlməsi ilə). Fenol kimi krezollar da zəif turşulardır.
Krezollar asanlıqla elektrofil əvəzetmə, kondensasiya, məsələn, aldehidlərlə reaksiyalara daxil olur. Para-kresol Pb, Mn və ya Fe oksidləri ilə parahidroksibenzoy turşusuna, daha güclü oksidləşdiricilər tərəfindən isə xinona və ya hidroxinona oksidləşir. Katalitik reduksiya zamanı o, metiltsikloheksanollara və metiltsikloheksanonlara çevrilir. Kresol izomerləri, NH3 iştirakında xlorlu su ilə qarışdıqda rəngli birləşmələr əmələ gətirir: orto-krezol sarı-qəhvəyi rəng verir, , meta-krezol – yaşılımtıl, yaşıl, para-krezol — tünd sarıya, narıncı və ya qırmızıya çevrilir. Orto-, meta- və para-kresolun texniki qarışığı trikresol adlanır.
== Tədbiqi ==
Onlar üzvi sintezdə həlledicilər və ya aralıq məhsullar kimi istifadə olunur.