Avstriya-Macarıstan kronası
Avstriya-Macarıstan kronu (alm. Österreichisch-ungarische Krone, mac. Osztrák-magyar korona) — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı.
Krona (alm. Krone, mac. Korona) valyutanın rəsmi adıdır. Banknotların üstündə pulun adı imperiyanın digər dillərində də (çex, polyak, ukrayn, italyan, sloven, xorvat, serb və rumın) göstərilirdi.