KRUP

сущ. мед. круп (дифтерийное воспаление гортани и трахеи, сопровождающееся спазмами, затруднением дыхания)
KRUJKA
KSEROFİL
OBASTAN VİKİ
German Krupkin
German Krupkin — XX əsrin ən yaxşı violonçel ifaçılarından biri, Azərbaycan Simfonik Orkestrinin əsasını qoyanlardan biri. == Həyatı == Mərhum violonçelist evli idi və iki oğul övladı var idi. Yaxınları onu Qrişa çağırırdı. Həyat yoldaşı Yevgeniya Krupkina mahir piano ifaçısı idi və opera teatrında çalışırdı. == Fəaliyyəti == XX əsrin ən yaxşı violonçel ifaçılarından olan German Krupkin Leopold Rostropoviçin tələbəsi olmuşdur. Musiqiçi Niyazi ilə birlikdə filarmoniyada Azərbaycan Simfonik Orkestrinin əsasını qoymuşlar. Azərbaycan kinosunda musiqi tərtibatçısı kimi 40-a yaxın filmdə çalışmışdır. Həmçinin, Azərbaycan televiziyasında bir neçə televiziya tamaşasına musiqi tərtibatı vermişdir.
Krupatı
Krupatı (belar. Курапаты ) — Belarusun paytaxtı Minsk şəhəri ətrafında meşəlik ərazi. SSRİ dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 1937–1941-ci arasında icra edilmiş Böyük təmizləmə siyasəti zamanı çox saylı insan burada qətlə yetirilmişdir. Qurbanların dəqiq sayı bəlli deyil, çünki NKVD arxivləri Belarusiyada təsnif edilmişdir. Müxtəlif mənbələrə görə Kurapatıda həlak olanların sayı ən azı 30.000 nəfər (BSSR Tarnaŭski'nin baş prokuroruna görə), 100.000 nəfərə qədər (“Belarusiya” istinad kitabına görə), 102.000–250.000 nəfər ( Zianon Pazniakın "Litaratura i mastactva" qəzetindəki məqaləsinə görə), 250.000 nəfər (Polşa tarixçisi və Vrotslav Universitetinin professoru Zdzislavav Julian Vinnikiyə görə), və daha çox (İngilis tarixçisi Norman Deviesə görə) ola bilər. 2004-cü ildə Kurapatıdakı kütləvi məzarlar birinci kateqoriyalı mədəni irs kimi Belarusiyanın Mədəni Xüsusiyyətləri reyestrinə daxil edildi. == Kəşfi == Ərazinin Zyanon Paznyak tərəfindən kəşfi və 1988-ci ildə qalıqların ekshümasiyası Sovet İttifaqının dağılmasından əvvəlki son illərində Belarusda demokratiya və müstəqillik hərəkatına əlavə bir təkan verdi. Həm Sovet, həm də Belarus hökumətləri tərəfindən Sovet NKVD-sindən olan günahkarlarla əlaqəli araşdırmalar aparılmışdır. Keçmiş NKVD üzvlərinin etiraflarına və Cna, Cna-Yodkava, Drazdova, Padbaloccie və digər kəndlərdən olan 55 kəndlinin şahid ifadələrinə əsaslanaraq, NKVD-nin yük maşınlarında insanların gətirildiyi və 1937-1941-ci illərdə edam edildiyi sübut olundu. Amerika Birləşmiş Ştatları Prezidenti Bill Klinton, Belarusiya post-sovet nüvə silahlarını Rusiyaya təhvil verməyə razı olduqdan sonra "təşəkkür" ziyarəti ilə Belarusa gələndə Kurapatı meşəsini ziyarət etdi.
Krupp
Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məhşurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı. == Şirkət haqqında == Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib. Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi.
Krupskoy adası
Krayniy adası — Şimal Torpağı arxipelaqına daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın şimal-qərb hissəsində qərarlaşır. Kara dənizinə daxil olam Kalinin körfəzinin suları ilə yuyulur. Pioner adasından Lodoçnıy boğazı, Sedov arxipelaqından isə Qırmızı Ordu boğazı ilə ayrılır. == Təsviri == Adanın maksimal hündürlüyü 49 metrdir. Adada göl azdır, əsasən cənub-qərb hissədə yerləşir. Burada çoxlu sayda kiçik axarlar vardır. Cənub qutaracağı Korennoy burnudur. Buradan isı şimal-şərqə dil uzanır.
Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq – 27 fevral 1939[…], Moskva) — rus inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı.
Yevgeni Krupnov
Yevgeni İqnatyeviç Krupnov (rus. Крупнов, Евгений Игнатьевич) – arxeoloq, qafqazşünas alim, dünya şöhrətli alim, bacarıqlı elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, "Lenin mükafatı laureatı". SSRİ Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktoru. == Həyatı == Yevgeni Krupnov – əslən Qroznıdan olan alim 16 mart, 1904-ci ildə Şimali Osetiya Muxtar SSR-nin Mozdok şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Vladiqafqaz şəhərində başlamış sonradan Moskva şəhərində bitirmişdir. Ali təhsilini Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Elmi fəaliyyətini V.A. Qorodsovun rəhbərliyi altında Qafqazın tarix və arxeologiyası üzrə aparmışdır. Universiteti bitirdikdən sonra 20 ilə yaxın Moskva Dövlət Tarix müzeyində işləmiş, sonradan elmi fəaliyyətinin böyük hissəsini SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda davam etdirmişdir. 1937-ci ildən ömrünün axırıncı günlərinə qədər həmin institutun əməkdaşı olmuşdur. 1941–1945-ci illərdə Sovet ordusunda xidmət etmişdir.

Digər lüğətlərdə