Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. Əliquliyev R..
Makoto Şinkay
Makoto Şinkay (新海誠, Shinkai Makoto, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da, Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir. == Yaradıcılığının xüsusiyyətləri == Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi. Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind. रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla.
Tanusri Şankar
Tanusri Şankar (ing. Tanushree Shankar; 16 mart 1956, Kəlkətə) — Hindistan rəqqasəsi, balerina və baletmeyster. Tanusri Şankar 1956-cı il mart ayının 16-da Kəlkətədə anadan olub. Tanusri Şankar Hindistanda müasir rəqsin ən aparıcı balerinası və baletmeysteridir. O, 1970–1980-ci illərdə Hindistan İncəsənət Mərkəzinin aparıcı balerinası olub. Şankar dünyada müasir hind rəqslərinin tanınması üçün çox iş görür. O, mötəbər beynəlxalq festivalların mükafatçısıdır. Tanusi Şankar bütün dünyada müasir Hindistan rəqsinin yayılması istiqamətində kampaniya keçirir. Onun həyat yoldaşı Hindistanın məşhur bəstəkarı və Hindistanın əfsanəvi cazmeni, maestro Ravvi Şankarın qardaşı oğludur.
Şikar Aslanov
Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu – 2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir. 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Şikar Qasımov
Şikar Qasımov (9 fevral 1958, Cicimli, Laçın rayonu) — Azərbaycanın tarixçi alimi, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru (2008), professor. Şikar Qasımov 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub. 1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir. 1981-ci ildə Stepanakert Pedaqoji İnstitunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985–1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir. 1987-ci ildən Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov. İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir. Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. 1990-cı ildə AE Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928–1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Şikar Şikarov
Şikar Şikarov (tam adı: Şikarov Şikar Şükür oğlu; 3 dekabr 1953, Bakı – 13 iyun 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini (1992). 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir. Ailəli idi. İki övladı var. 1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Sincar döyüşləri (2022)
2022-ci ilin Sincar döyüşləri — 1 maydan etibarən İraq ordusunun Türkiyə və Kürdüstan Demokrat Partiyasının dəstəyi ilə Sincar Müqavimət Birlikləri yaraqlılarını Sincar dağlarından çıxarmaq üçün başlatdığı hərbi əməliyyat. Sincar Müqavimət Birlikləri İraq ordusunun regiondakı nəzarət-buraxılış məntəqəsinin boşaldılması tələbini rədd etdikdən sonra toqquşmalar başlamışdır. Döyüşlərin əsas hissəsi bir saat davam etmiş, iki mülki şəxs yaralanmış və 3,000-dən çox insan məcburi köçkün olmuşdur.
Tanusri Şankar rəqs qrupu
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
Kinkan
Kinkan (lat. Fortunella; yap. キンカン) – sədokimilər fəsiləsinə aid bitki cinsi. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir. == Etimologiya == Azərbaycan dilindəki kinkan sözü bu meyvənin yapon dilindəki adından gəlir (yap. キンカン; 金柑). Bu ad yapon kinkanı növü ilə bağlıdır və kinkan cinsinə yapon dilində həmçinin "kinkitsu" (yap. キンキツ; 金橘), yəni qızıl portağal deyilir. Bu ad yapon dilinə Çin dillərindən gəlib (çin.
Linkor
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. == İstinadlar == == Mənbələr == Смит П. Ч. Закат владыки морей.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, ) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Sevkar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. Ağac dələləri tez-tez budaqlardan, yarpaqlardan və digər materiallardan düzəldilmiş drey adlanan yuvalar qururlar. Bəzi dələlər isə ağacların içərisində yaşayır. Onların quyruqları tarazlığı qorumağa kömək edir, yıxıldıqda paraşüt kimi çıxış edir, istilik üçün yorğan rolunu oynayır. Dələlər əla yaddaşa malikdir və yüzlərlə basdırılmış qoz-fındıqların yerini xatırlaya bilir. Qış aylarına hazırlıq üçün yuvalarına yemək yığırlar. Sincablar fəsiləsinə zolaqlı balaca sincablar olan çipmunklar da daxildir. Onlara əsasən Şimali Amerikada rast gəlinir, baxmayaraq ki, bir növ, Sibir sincabı Asiyada tapılır.
Sincan
Sincan-Uyğur Muxtar Rayonu Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Sindao
Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir. 2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir. Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir. Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.
Sıflar
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Şankara
Şankara (Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788 – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır. Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV–XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır. Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi.
Şanlar
Şanlar və ya şan xalqı — Cənub-Şərqi Asiyada yaşayan etnik qrupdur. Şanlar, əsasən, Birmanın (Myanma) Şan əyalətində yaşayırlar. Eyni zamanda Mandalay regionunun Kaçin və Kayin əyalətlərinin bir hissəsində və Çinin qonşu bölgələrində (Day xalqı), Laosun Assam regionunda (Ahom xalqı) və Taylandda da yaşayırlar. 1935-ci ildən bəri Myanmada etibarlı siyahıyaalma aparılmasa da, şanların sayının 4-6 milyon olduğu təxmin edilir. "Şan" Myanmanın içərisindəki bütün Tay etnik mənşəli insanlar üçün ümumi bir termindir. Şan əyalətinin paytaxtı təxminən 390.000 nəfər əhalisi olan, Myanmanın beşinci böyük şəhəri Tauncidir. Digər böyük şəhərlərə Hsipav, Laşio, Kenqtunq və Taçileik daxildir. Şan xalqının əsas qrupları bunlardır: Tay Yay və Şan Proper - bu günədək şan xalqının tay dilində bildiyi ən böyük qrup Tay Lü - ənənəvi əraziləri Sişuanqbanna (Çin) və şərqi əyalətlər Tay Xuen və ya Tay Xün - Tay Yayın Kenqtunq bölgəsində əksəriyyəti təşkil edən alt qrupu. Kenqtunq rayonunun keçmiş hakim ailəsi bu qrupa aid idi.
Şinuayr
Şinuayr — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.
Şinçay
Şinçay - Şəki rayonunda çay. Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Sınmaz
Sınmaz (ing. Unbroken) — Ancelina Colinin rejissorluğu ilə 2014-cü ildə ekranlara çıxan bioqrafik film. Amerikalı olimpiyaçı Lui Zamperini İkinci Dünya Müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. O, amansız təyyarə döyüşündən sağ çıxır və əsir götürülür — çətin günlər görməsinə baxmayaraq, ümidini heç vaxt itirmir. unbrokenfilm.com — Sınmaz rəsmi saytı Unbroken — Internet Movie Database saytında.