Kuba

-s Kuba
Kto.
Kubaner
OBASTAN VİKİ
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba Respublikası
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba bayrağı
Kuba bayrağı — Kuba Respublikasının rəsmi dövlət bayrağı
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə
Kuba ilə Haiti arasında dəniz sərhədi haqqında müqavilə — 1977-ci ildə iki dövlət arasında beynəlxalq dəniz sərhədi quran Kuba ilə Haiti arasında bağlanmış beynəlxalq müqavilə. Razılaşma 27 oktyabr 1977-ci ildə Havanada imzalanmışdır. Sənədin mətni iki dövlət arasındakı sərhədi Külək üstü boğazındakı hər iki adadan təxminən bərabər məsafədə qurur. Sərhəd 51 vahid nöqtənin koordinatlarını istifadə edərək müəyyən edilmiş 50 düz dəniz seqmentinə bölünür. Haiti və ABŞ-nin mübahisəli olduğu Haiti'nin qərb sahilində yerləşən Navassa adası, dövlət sərhədi nəzərə alınarkən nəzərə alınmadı. Müqavilə hər iki ölkə tərəfindən təsdiqləndikdən sonra 6 yanvar 1978-ci ildə qüvvəyə minmişdir. Müqavilənin tam adı, Haiti Respublikası ilə Kuba Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri Müqaviləsidir. Эван В. Андерсон (2003). Международные границы: Геополитический атлас. Routledge: Нью-Йорк.
Kuba şəhərləri
Bu, Kubada ən azı 20.000 əhalisi olan şəhərlərin azalan qaydada sadalanan siyahısıdır. Əhali haqqında məlumatlar bütün bələdiyyəyə deyil, müvafiq şəhərə aiddir, çünki onlar bir neçə kəndi olan böyük kənd ərazilərini əhatə edir. Bütün rəqəmlər 2016-cı il üzrə dəqiqdir və əyalət paytaxtları qalın hərflərlə göstərilmişdir.
Kuba himni
"El Himno de Bayamo" (azərb. Bayamo himni‎) — Kubanın milli himni. 1868-ci ildə Bayamo döyüşü ərəfəsində hazırlanmışdır. "La Bayamesa (azərb. Bayamo mahnısı‎) kimi də adlandırılan melodiyanı Pedro Fiqeredo 1867-ci ildə bəstələməşdir.
Kuba libre
Kuba libre (ispan: [ˈkuβa ˈliβɾe]; sözün əsl mənasında "Azad Kuba"), ana tərkibi kola və rom-dan ibarətdir. Bir çox reseptlərdə buz üzərində laym şirəsindən ibarət highball stəkanında təqdim olunan kokteyldir . Ənənəvi olaraq, kola tərkib hissəsi Coca-Cola ("Kola") və spirt Bacardi kimi yüngül romdur; lakin, içki müxtəlif növ rom və kola markaları ilə hazırlana bilər və təzə sıxılmış laym şirəsi əlavə edilə bilər və ya olmaya da bilər. Kokteyl 20-ci əsrin əvvəllərində, İspaniya-Amerika müharibəsində müstəqillik qazandıqdan sonra Kubada yaranıb. Daha sonra Kuba, ABŞ və digər ölkələrdə məşhurlaşdı. Onun sadə resepti və ucuz, asantapılan inqrediyentləri onu dünyanın ən məşhur spirtli içkilərindən birinə çevirib. İçki tənqidçiləri tez-tez içkini orta səviyyəli hesab edirlər, lakin onun tarixi əhəmiyyəti qeyd edilmişdir. İçki 1900-cü illərin əvvəllərində Kubada yaradılıb, lakin onun mənşəyi dəqiq deyil. Coca-Cola ilk dəfə ABŞ-dan Kubaya gətirildikdən sonra 1900-cü ildən qısa müddət sonra məşhurlaşdı. Kuba librenin mənşəyi 1898-ci il İspan-Amerika Müharibəsindən sonra ABŞ-ın Kubaya sərt müdaxiləsi ilə bağlıdır; içkinin ənənəvi adı olan "Cuba libre" (Azad Kuba) Kuba müstəqillik hərəkatının şüarı idi.
Azərbaycan–Kuba münasibətləri
Azərbaycan–Kuba münasibətləri — Azərbaycan Respublikası ilə Kuba Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur. Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan-Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Ağacan Abıyev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Ağacan Abıyev işçi qrupunun rəhbəridir. Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Kuba–Özbəkistan münasibətləri
Özbəkistan–Kuba münasibətləri (özb. Oʻzbekiston va Kuba munosabatlari; isp. Relaciones de Cuba y Uzbekistán) — Kuba Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir-birlərini müstəqil dövlətlər və dünya birliyinin tam hüquqlu üzvləri kimi tanıyırlar. Ölkələr arasında diplomatik münasibətlər yalnız 13 mart 2006-cı ildə qurulmuşdur — SSRİ-nin dağılmasından 15 il sonra. Özbəkistanın paytaxtı Daşkənddə müvafiq ortaq bəyannamə imzalanmışdır. 2019-cu ilin iyun ayına olan məlumata görə ölkələrin bir-birlərinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləriyoxdur. Kuba Özbəkistan Respublikasının Vaşinqtondakı (ABŞ) Səfirliyinin konsulluq dairəsinə daxil edilmişdir, Kubanın Özbəkistandakı diplomatik münasibətləri Kuba Respublikasının Bakıdakı (Azərbaycan) səfirliyi tərəfindən həyata keçirilir. Hər iki dövlət də Qoşulmama Hərəkatının tam üzvləridir. SSRİ ilə Kuba arasında güclü siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcud idi.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Kuba Respublikasının Qəhrəmanı
Kuba Respublikasının Qəhrəmanı (isp. Heroe de la Republica de Kuba) — fəxri mükafat Kuba Respublikası Kuba dövləti və Cəmiyyəti adından qəhrəmanlıq göstərənlər üçün yaradılmış mükafatdır. Mükafat çox az adama verildi. Aşağıdakı adlar mükafata layiq görülənlər arasındadır: Arnaldo Tamayo Méndez, Interkosmos kosmik proqramının bir hissəsi olaraq Soyuz 38 ilə kosmosa çıxan ilk Kuba, Latın Amerikası və qaradərili kosmonavtdır.
Amerika-Kuba-Arıta adası
Amerika-Kuba-Arıta — Laptevlər dənizində, Lena deltasında yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Federasiyası Saxa Respublikasının Bulunski ulusu ərazisinə daxildir. Ada Lena deltasının şimalında, Tumanski körfəzinə tökülən Osoxtox-Uese qolundan 20 km qərbdə yerləşir. Adadan şimalda artıq açıq dəniz başlayır. Amerika-Kuba-Arıtadan şərqdə və qərbdə yerləşən adalardan eyni adlı boğazla ayrılır. Boğaz 450–500 m enə malikdir. Ətrafında yerləşən adalar (şərqdən saat əqrəbi istiqamətində): Faddey-Arıta, Cyuxan-Arlta, Belyux-Arıta, Naqıy-Arıta və Alxan-Belkyuyu. Amerika-Kuba-Arıtanın şərq hissəsindən bir qədər aralıqda bataqlıqlaşmış adalar da vardır. Onlaın böyük qismi kiçik adalardır. Ada şərqdən qərbə uzanmış formadadır.
Xarici İşlər Nazirliyi (Kuba)
Xarici İşlər Nazirliyi (İspanca: Ministerio de Relaciones Exteriores), həmçinin MINREX kimi tanınır, Kubanın sosialist vətəni kimi müdafiəsi üçün xarici əlaqələrə nəzarət edən Kuba hökuməti nazirliyidir. 23 dekabr 1959-cu ildə ABŞ-ın düşmən hücumuna qarşı çıxmaq məqsədilə Dövlət Nazirliyini yəni (Ministerio de Estado) əvəz etmək üçün yaradılmışdır.
Cənubi Kuban düzənliyi
Cənubi Kuban düzənliyi (Kubanyanı maili düzənlik olaraq da tanınır) — Krasnodar diyarında və Adıgey Respublikasındakı meylli düzənlik. Kuban-Priazovskaya ovalığından Qafqaz dağlarına qədər uzanır. Düzənlik cənubdan, Qafqaz dağlarından şimala doğru Kuban çayına doğru meyillidir. Kuban çayının sol qollarının yaratdığı vadilər düzənliyi bir neçə suayrıcı yaylaya bölür. Düzənliyin hündürlüyü 150-250 metr arasında dəyişir. Cənubi Kuban düzənliyi Şərqi Avropa düzənliyi ilə Qafqaz dağlarının kəsişdiyi bir ərazidə yerləşdiyinə görə onu çox vaxt Önqafqaz ərazisinə və ya Kuban-Priazovskaya ovalığının ərazisinə daxil edirlər. Bəzən isə ümumən ayrıca göstərilmir. Cənubi Kuban düzənliyi dağlıq ərazinin kənar əyilmə zonasına aid olub mürəkkəb geoloji quruluşa malikdir. Düzənlik səthi düz olub bəzi yerlərdə dalğavaridir. Çayları gətirdiy qədim çöküntülərlə örtülüb.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Kubalılar
Kubalılar (isp: Cubanos), Kubada yaşayan insanlara və vətəndaşlıq əlaqəsi ilə əlaqəli olan hər kəsə verilən addır. Kuba bir çox etnik və milli mənsubiyyətə sahib insanların evidir. Ölkə sakinlərinin əksəriyyəti təxminən 500 il əvvəl Avropadan gələn mühacirlərin nəsillərindəndir. Bunun xaricində Afrikadan qul kimi gətirilən insanların nəsillərinin də ölkədə əhəmiyyətli bir sayı mövcuddur. Kuba sakinləri başda ispan olmaqla, fransız, portuqal və Afrika mədəniyyətlərinin qarışığı olan bir mədəniyyətə sahibdirlər.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kuban Krasnodar FK
Kuban Krasnodar 1928-ci ildə Krasnodarda yaradılmışdır.[mənbə göstərin] Oyunlarını 32,000 nəfərlik Stadion Kuban stadionunda keçirir. Hazırda Rusiya Premyer Liqasında çıxış edən bu komandanın baş məşqçisi Sergey Pavlovdur.
Kuban Sovet Respublikası
Kuban Sovet Respublikası — 1918-ci il 9-13 apreldə Kuban vilayəti Sovetlərinin 2-ci qurultayının qərarı ilə yaradılmışdır. 1918-ci il mayın 30-da Kuban-Qara Dəniz Sovet Respublikasına daxil edilmişdir.
Kuban Xalq Cümhuriyyəti
Kuban Xalq Respublikası (rusca: Кубанская Народная Республика) — Rusiya İmperiyasının süqutundan sonra Kuban vilayəti və Kuban Kazak Ordusunun ərazilərində yaradılan və 1918-1920-ci illərdə mövcud olmuş keçmiş dövlət quruluşu. Rusiya imperiyası zamanı Kuban bölgəsi Adıgeylərin (Çərkəzlərin) torpaqları idi. Bir çox başqa vilayətlər kimi Kuban xalqı da digər Rusiya quberniyalarından fərqli təşkil edilmişdi. Qərb bölgələri 1792-ci ildə Ukraynadakı Qara dəniz Kazak ordusunun soyundan gələnlərə, cənub və şərq bölgələr isə Don Kazaklarının soyundan gələn Qafqaz Xətti Kazak ordusuna aid olmuşdur. Daha əvvəllər Kuban Kazakları, 1860-cı ildə 60 il boyunca Qafqaz müharibəsində Dağlı xaqlarına qarşı Rusiya imperiyası sərhədlərini qorumaq üçün istifadə olunmuşdur. Bundan baqşa Kazaklar Rusiya imperiya ordusu ilə birlikdə döyüşmələri üçün böyük ordu birləşmələrinə də göndərilmişlərdir. Hətta Kazaklar Çarın şəxsi qorumaları olaraq da xidmət etmişlər. Bu vəzifələrə görə Kazaklar vergidən azad edilmişdilər. Onların hərbi yaşayış şəkli bölgənin inzibati idarəçilik formasına da təsir göstərmişdir. Stanista adlı yaşayış bölgələri də ənənəvi rus kəndlərinə bənzəyir.
Kuban Xalq Respublikası
Kuban Xalq Respublikası (rusca: Кубанская Народная Республика) — Rusiya İmperiyasının süqutundan sonra Kuban vilayəti və Kuban Kazak Ordusunun ərazilərində yaradılan və 1918-1920-ci illərdə mövcud olmuş keçmiş dövlət quruluşu. Rusiya imperiyası zamanı Kuban bölgəsi Adıgeylərin (Çərkəzlərin) torpaqları idi. Bir çox başqa vilayətlər kimi Kuban xalqı da digər Rusiya quberniyalarından fərqli təşkil edilmişdi. Qərb bölgələri 1792-ci ildə Ukraynadakı Qara dəniz Kazak ordusunun soyundan gələnlərə, cənub və şərq bölgələr isə Don Kazaklarının soyundan gələn Qafqaz Xətti Kazak ordusuna aid olmuşdur. Daha əvvəllər Kuban Kazakları, 1860-cı ildə 60 il boyunca Qafqaz müharibəsində Dağlı xaqlarına qarşı Rusiya imperiyası sərhədlərini qorumaq üçün istifadə olunmuşdur. Bundan baqşa Kazaklar Rusiya imperiya ordusu ilə birlikdə döyüşmələri üçün böyük ordu birləşmələrinə də göndərilmişlərdir. Hətta Kazaklar Çarın şəxsi qorumaları olaraq da xidmət etmişlər. Bu vəzifələrə görə Kazaklar vergidən azad edilmişdilər. Onların hərbi yaşayış şəkli bölgənin inzibati idarəçilik formasına da təsir göstərmişdir. Stanista adlı yaşayış bölgələri də ənənəvi rus kəndlərinə bənzəyir.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kuban mədəniyyəti
Kuban mədəniyyəti — təxminən e.ə. 1100- e.ə. 400-ci illər Şimali və Mərkəzi Qafqazda Tunc və Dəmir dövrü mədəniyyətidir. Bu mədəniyyətin mövcudluğu dövrünə aid tapıntılar müxtəlif muzeylərdə nümayiş etdirilir. Kuban mədəniyyəti Qafqazın qərb qismindəki Xaraçoy mədəniyyəti və Kolhis mədəniyyətindən əvvəl meydana çıxmış mədəniyyətdir. 1869-cu ildə Kuban kəndində döyüş baltaları, bəzək əşyaları və digər buna bənzər qədim əşyalar kəşf edildi. Bugün Maykopdan minlərlə Kuban mədəniyyəti dövrünə aid dəyərli əşyalar aşkarlanmaqdadır. Bunların əksəriyəti Maykopdakı milli muzeylərdə nümayiş etdirilməkdədir. Amjad Caiçuxa kimi bir çox elm adamı Kuban mədəniyyəti haqqında elmi tədqiqatlar aparmış və elmi əsərlər yazmışdırlar. Ən yaxşı nümunələr e.ə.
Kuban stadionu
Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir. 2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir.
Kuban çayı
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kubanda Noğay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Kubanit
Kubanit — mineral, CuFe2S3 Kubanit — rombik. Habitus uzunsov, qalın lövhəvari. Ayrılması {001} və {110} üzrə. İkiləşmə {110} və {130} üzrə dördlüklər və altılıqlar. Aqreqatı dənəvər. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 4,16. Pirrotin və xalkopirit ilə Cu-Ni sulfid yataqlarında, kolçedan filizlərində, bəzən polimetallik damar yataqlarında rast gəlinir.

Значение слова в других словарях