Kurfürst

der; -en, -en hökmdar, Almaniya padşahını seçən hökmdarlardan biri
Kurdisch
Kurgast
OBASTAN VİKİ
Karl Teodor (Bavariya kurfürstü)
Karl Teodor (alm. Karl Theodor‎; 11 dekabr 1724[…] – 16 fevral 1799[…]) — 1742-ci ildən IV Karl adı ilə Pfals kürfürstü, 1742-ci ildən Yüliç və Berq hersoqu, həmçinin 1777-ci ildən ölümünə qədər Bavariya kürfürstü kimi hökm sürmüş alman zadəgan. == İlk illəri == Karl Teodor 11 dekabr 1724-cü ildə, Brüsselin Droqenbos qəsəbəsində doğulmuşdu. Onun atası İohann Kristian Vittelsbax sülaləsinin bir qolu olan Pfalz-Sulzbax nəslinin üzvü idi. Anası Mariya Henrietta de La Tur d'Overn, Berqen op Zom'un markqrafı, Türen vikontu Anri de La Tur d'Overnin qardaşı nəticəsi idi. Karl Teodor daha sonra Manhaymda təhsil alıb. Karl Teodor 1728-ci ildə Berqen op Zom markqrafı titulunu aldı. Daha sonra o, 1733-cü ildə Sulzbax hersoqu postunda atasını əvəz etdi və 1742-ci ildə III Karl Filippin oğul övladı olmadığı üçün ölümündən sonra Pfalz Elektoratını, Yuliç və Berq hersoqluqlarını miras aldı. Vittelsbax sülaləsinin bütün nəsillərinin ittifaqını gücləndirmək üçün çalışan Karl Filipp hələ 1742-ci il yanvarın 17-də nəvəsi Elizabeta Avqusta Karl Teodorla və onun bacısı Mariya Annanı isə Bavariya şahzadəsi Klemens Franz de Paula ilə evləndirmişdi. Pfals kürfürstü kimi Karl Teodor elmlər akademiyası yaradaraq, muzeylərin kolleksiyalarını artıraraq və incəsənətə dəstək verərək yadda qalmışdı.

Digər lüğətlərdə