Könbəcə

Bu şivə sözünün əsasında “köpmək” feili dayanır. Qazax dialektində “un ilə yumutadan hazırlanmış xörək adı” mənasında işlənir: - Unnan murtdoyu yağda bişirərik olar könbəcə. (1, 268) Qazax dialektində və Tovuz şivəsində bu sözün könbəcəli formasına və “üzünə yumurta yaxılmış çörək” mənasına rast gəlirik: - Büvüm yaxşı könbəcəli bişirir. ( 1, 268) Qazax dialektində “köppəcə” və Zaqatala şivəsində “könbəcə” şəklində işlənən bu söz “yeni doğmuş inəyin südü ilə unun qarışığından bişirilmiş və yağda qızardılmış çörək” mənasındadır: İnəyimiz dünən doğdu, cijim köppəcə bişirdi. (Qazax) (1, 169) Qərbi Azərbaycanın Basarkeçər, Çəmbərək şivələrində də “yumurta və ya südlə unun qarışığından bişirilən şirin çörək məmulatı” anlamında işlənir.(10, 217) S. Altaylının lüğətində bu söz “könbəcə” formasında qeydə alınmış və 2 mənada izah edilmişdir: 1. Şiş, gombul; 2. Yumurta qarışdırılmış xamırla bişirilən çörək (21, 793)
Könbə
Körəməz