KÖR

I
(Gədəbəy, Zaqatala)
küt, bacarıqsız
II
(Zaqatala)
çarhovuzun qabağında su yığılmaq üçün düzəldilən kiçik yer. – Ağiz, abgərdəni götür körin üstünnən
III
(Zaqatala)
təmiz. – Bu su kördü
KÖPÜRTMƏX’
KÖRƏMƏZ
OBASTAN VİKİ
Aza (Şah Abbas) körpüsü
Aza (Şah Abbas) körpüsü - Ordubad rayonunun Aza və Darkənd kəndlərini birləşdirən körpüdür. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından beş aşırımlı şəkildə inşa edilmiş və zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan körpünün uzunu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların-aşırımların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğakəsən düzəldilmişdir. Böyük İpək yolu ilə hərəkət edən ticarət karvanlarının işini asanlaşdıran, onların rahatlığını təmin edən bu körpü Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində inşa edilmişdir. Bu yollarla şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının sahibləri keçdikləri ərazilərin malları ilə yanaşı Naxçıvan bölgəsinin məhsullarını da, o cümlədən duz, quru meyvə, sənətkarlıq məhsulları, xam ipək, ipək məhsullarını və s. də alıb aparır getdikləri ölkələrdə satırdılar . Körpü zamanın sınaqlarına mətanətlə sinə gərərək əsasən salamat qalsa da, müəyyən vaxtlarda təbii fəlakətlər və tarixi hadisələr nəticəsində dağıntılara məruz qalmış, sonralar bərpa olunmuşdur. Belə bərpa işlərindən biri XIX yüzilliyin ortalarında aparılmışdır. Bu haqda vaxtılə onun üzərində ərəb-fars və rus dillərində qoyulmuş kitabələr məlumat vermişdir .
Aza körpüsü
Aza körpüsü — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü. Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir.
Azadlıq körpüsü (Budapeşt)
Azadlıq körpüsü (mac. Szabadság híd) — Budapeştdə yerləşən Dunay çayın üzərindəki körpü. Körpünün uzunluğu 333 m, eni 20 m , Buda və Peşt şəhərlərini birləşdirir. "Vamhaz meydanında körpü" Yanoşa Feketexazinin layihəsinə əsasən 1894-1896-cı illərdə tikilmişdir. Daha sonra, Gömrük Körpüsü adlandırıldı, bina Peşt sahilinə qədər tikildi, sonra körpünün açılışını edən I Frans İosif Körpüsü adlandırılıd. Yenidən bərpa edildikdən sonra körpü cari adını aldı. 1945-ci ildə körpü geri çəkilən Alman əsgərləri tərəfindən partladılmışdı, lakin növbəti ilin avqustuna qədər bərpa edilmişdir. 2007-ci ildə körpü 15 ay davam edən yenidənqurma işləri üçün bağlanıb. Будапешт: [путеводитель] / С. Кузьмичёва, О. Кузьмичёв. — М.: Эксмо, 2008.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Azərbaycan körpüləri
Azərbaycan körpüləri — qədim dövrlərdən Azərbaycan ərazisində tikilmiş körpülər. Qədim ticarət mərkəzlərindən olan Qəbələ, Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdır. Körpülərin memarlıq quruluşları inşa ediləcək körpünün materiallarından asılı olurdu. Qədim körpülərdən bu günümüzədək gəlib çıxanlar da vardır. Həmin körpülərdən 11 və 15 aşırımlı Xudafərin körpüləri (Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində), Sınıq körpü (Qazax rayonu, Ehram çayı üzərində), Gəncə körpüləri (Gəncə çayı üzərində), Naxçıvan körpüləri (əlincə çayı üzərində) Azərbaycanın memarlıq abidələrindəndir. Gəncə çayının üzərində salınmış üç körpü – Gəncəni hissələrə ayırırdı. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir.
Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir. Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur. Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur. Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.
Ağ körpü
Ağ körpü — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən tarixi bir körpüdür. İstanbul yolu marşrutu üzrə, Ankara çayının üstündən keçir. 1222-ci ildə o dövrdə Ankara valisi olan Kızıl bəy tərəfindən tikilən bu körpü Bağdad ticarət yolunun keçmişdə istifadə olunan Ankara qovşağında yerləşir. Osmanlı dövründə əsgər və həcc ziyarətinə gedən insanların yanında karvanlara yola salındıqları və yola çıxdıqları nöqtə idi. 8 avqust 1959-cu ildə şəhər ərazisi kimi qeydiyyata alındıqdan sonra müxtəlif dövrlərdə təmir edilmişdir. 1960-cı illərdə Avtomobilyolları Ümumi Müdirliyi tərəfindən aparılan təmir zamanı beton doldurularaq yenilənmiş və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanmışdır. Uzun illərdir əhəmiyyətli bir nəqliyyat marşrutunun bir hissəsi olan Ağ köprü, indi yalnız piyadalar üçün açıqdır. Ağ köprü əsasən andezit daşından tikilib. Orta əsrlərin tipik tağlı körpüsüdür. Tədqiqatlar zamanı müxtəlif hissələrdə təmir-tikinti zamanı başqa daşlardan da istifadə edildiyi və binanın bəzi dövrlərdə sement tərkibli məhlulla bərkidildiyi anlaşılır.
Ağ qızılgül körpüsü
Ağ qızılgül körpüsü (lit. Baltosios rožės tiltas) — Litvanın Alitus şəhərində, Nemunas çayı üzərindəki piyada körpüsü. Litvanın ən yüksək piyada və velosiped körpüsüdür. 1899-cu il dəmir yolu körpüsünün sağlam qalan sütunları üzərində 2013-2015-ci illərdə tikilib. Kəndirlə tullanmaq üçün bir əyləncəli yerdir. Şəhərin mərkəzini I Alitus rayonu və çayın şərq sahilindəki kurqanla birləşdirir. Körpünün yanında “Çiçək” (lit. Lelijos žiedas) abidəsi var. Körpüdən axın üzrə yuxarıda Kanyuk körpüsü, aşağıda isə Antanas Yuozapaviçius körpüsü yerləşir. Dəmir yolu körpüsünün adı olmçamıəşdır.
Ağa körpüsü
Ağa körpüsü — Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə olan körpü. İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı. Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır. “Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir.
Baluarte körpüsü
Baluarte körpüsü — dünyanın ən hündür körpüsü, Meksikanın ən sərt ərazilərindən keçən yeni magistral yolun bir hissəsidir. Hündürlüyü 403 metr olan Baluarte körpüsün Meksikanın şimalında Sierra Madre dağlarında yerləşir. Körpünün açılış mərasimi 5 yanvar 2012-ci ildə olmuşdur. Açılış mərasimində Meksika prezidenti Felipe Kalderon və həmçinin, Ginnes Rekordlar Kitabının rəsmiləri də iştirak etmişlər.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş verməyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Baykovski körpüsü
Baykovski körpüsü — Rostov-na-Donu şəhərində 1864-cü ildə inşa edilən edilən körpü. Körpü Qeneralnaya axarı üzərində inşa edilmişdi. Körpü öz adını o zaman şəhər rəhbəri olmuş Andrey Matveeviç Baykovun adından almışdır. Qalıqları günümüzə gəlib çatmamışdır. Tarixi Baykovski körpüsünün inşasına 1840-cı ildə bsşlanılmışdır. Bu zaman şəhər rəhbəri Andrey Romanoviç Yaşenko Qeneralnaya axarı üzərindən körpünü inşa etməyi qərara alır. Bu körpüyə ehtiyac əsasən pis havalarda yaranırdı.. Xüsusi ilə Rostov yarmarkası zamanı ehtiyac daha çox duyulurdu. Axarın digər hissəsinə keçmək provlem yaradırdı, üstəlik əşyaları digər hissəyə keçirmək olduqca çətin idi. Şəhər duması bu ehtiyacların ödənilməsi məqsədi ilə mövcud taxta körpünün yerinə daş körpünün inşasını qərara alır.
Bağırov körpüsü
Bağırov körpüsü — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir. Körpünün yuxarısında "Ericsson" markasının posteri olduğu üçün bir vaxtlar "Ericsson" adı ilə də adlanırdı. Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur. 2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.
Beska körpüsü
Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir. Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Bristol körfəzi
Bristol körfəzi və ya Bristol kanalı (ing. Bristol Channel; vall Môr Hafren) — Atlantik okeanında, Britaniya adasının cənub-qərbində yerləşir. Uelsin cənubundan İngiltərənin Somerset və Devon qraflıqlarının şimal sahillərini əhatə edir. Körfəz Kelt dənizi akvatoriyasına daxildir. Öz adını sahilində yerləşən Bristol liman şəhərindən götürmüşdür.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Bruklin körpüsü
Bruklin körpüsü (ing. Brooklyn) — 1883-cü ildə Nyu-Yorkda Röblinq tərəfindən salınmış ən qədim asılqan körpülərdəndir. O, Nyu-York sitidə İst River çayının üzərindən keçərək şəhərin Manhetten və Bruklin ərazilərini birləşdirir. Tikildiyi dövrdə Bruklin körpüsü dünyanın ən böyük körpüsü idi. Bu körpü o dövrdə mövcud olan bütün körpüləri uzunluğu və eninə görə 50% keçmişdir. Tikildəndən sonra o tezliklə Nyu-York üçün əzəmət rəmzinə çevrilərək "gözəl həyatı" simvolizə edirdi. Bruklin körpüsü alman əsilli arxirektor Cohn Avqust Röbling tərəfindən layihələndiirlmişdir. Tikintiyə başlayndan az sonra bir qəza nəticəsində Röbling xəsarət alır və üç həftə sonra vəfat edir. Bundan sonra layihənin rəhbərliyini onun oğlu mühəndis Vaşinqton Röbling davat etdirir. O atasının 1867-ci ildə başladığı körpünü tikib başa çatdırır.
Bruno Körbi
Bruno Körbi (ing. Bruno Kirby; 28 aprel 1949) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Böyük Avstraliya körfəzi
Böyük Avstraliya körfəzi — Nəhəng, açıq hövzəyə malik, Hind okeanına aid körfəz. Avstraliyanın mərkəz və qərb hissələrinin cənubunda yerləşir. Körfəzin sahəsi Avstraliyanın Qərb burnundan Tasmaniya adasındakı cənub-qərb burnuna qədər uzanır. Sahil xəttinin uzunluğu 1160 km, sahəsi isə 1335 min km² təşkil edir. Ən böyük dərinliyi 5670 metrdir. Əsas limanı Adelaidadır. Körfəzin sahilləri əsasən Qərbi Avstraliya və Cənubi Avstraliya ştatları ərazisinə daxildir. Sahil xətti əsasən qayalıqdır və hündürlük 60 metrə çatır. Bəzi hissələrdə qum çimərlikləri və terraslı qayalıqlara rast gəlinir. Körfəzin ərazisinin böyüklüyünə və dərinliyinin çoxluğuna baxmayaraq flora və fauna baxımından çox kasıb heab edilir.
Böyük Pyotr körfəzi
Böyük Pyotr körfəzi — Yapon dənizində, Rusiyanın Primorsk diyarı sahilində yerləşən ən iri körfəzdir. Şərqdə Povorotnı burnundan tutmuş, qərbdə Tumannaya çayının məsəbinə qədər uzanır. Körfəzin uzunluğu şimaldan cənuba 80 kilometr, şərqdən qərbə isə 200 kilometr təşkil edir. Körfəzin ümumi sahəsi 90000 km²-dir. Sahil xəttinin uzunluğu 1230 kilometrdir. Körfəzin duzluğu 32–34 ‰-dır. Körfəzin sahilləri olduqca girintili-çıxıntılırdır. Bu səbəbdən daxili körfəzlər əmələ gətirir: Poset körfəzi, Amur körfəzi, Ussuri körfəzi, Strelok körfəzi, Vostok körfəzi, Naxotka körfəzi. Böyük Pyotr körfəzinin sahillərində yerləşən iri şəhərlər: Vladivostok, Naxodka, Bolşoy Kamen, Fokino, üstəlik Rusiyanın Sakit okeanda yerləşən ən iri limanı Vostoçnı. Adaları: Ruskiy, Popov adası, Reyneke adası, Rikord adası, Moiseev adası, Furuqelm adası, Askold adası, Putyatin adası, Roma-Korsakov arxipelaqı, Paxtusox adası, Jeltuxin adası, İki qardaş adası.
Böyük Vitovt körpüsü
Böyük Vitovt körpüsü (lit. Vytauto Didžiojo tiltas) — Litvanın Kaunas şəhərindən axan Nemans çayı üzərindəki avtomobil körpüsü. Körpü şəhərin mərkəzi hissəsini Aleksotas rayonu ilə birləşdirir. Körpü Karalyus Mindauqo prospektini Veyveriu küçəsi ilə birləşdirir. Sol sahil boyunca uzanan Q. və O. Minkovski və Ujnemunes küçələri körpüdə birləşir. Körpünün yaxınlığında Vitovt kilsəsi və Aleksotas funikulyoru yerləşir. Körpüdən yuxarıda Maironisa küçəsi boyunca bir piyada körpüsü, aşağıda isə Lampecyay körpüsü vardır. 1915-ci ildə alman hərbçiləri tərəfindən inşa edilən taxta körpü Hohenzollernbrücke adlandırıldı. 1930-cu ildə açılan daimi körpü burmister Kaunas Yonas Vileyşisin təklifi ilə Böyük Vitovtın adını daşımağa başladı. 1940-cı ilin sentyabrında Kaunas Bələdiyyə Başçısı Antanas Qarmausun qərarı ilə müstəqil Litva dövrünə aid adların dəyişdirilməsi kampaniyası zamanı körpünün adı Aleksotasa dəyişdirildi.
Cavanşir körpüsü
Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.

Значение слова в других словарях