KÖVRƏLTMƏK

icb.
1. Kövrək hala salmaq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi.
– Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli.
[İnci:] Sən məni kövrəltdin, Gülər. S.Rəhman.
Qızı təzədən kövrəltməmək üçün Aqil ondan ağlamasının səbəbini də soruşmadı… Q.İlkin.

◊ Ürəyini (qəlbini) kövrəltmək – bax ürək.
Məsmə oğlunun ürəyini kövrəltmək istəmədi, daha da təsəlli verdi. Mir Cəlal.
Hümmətyarın bu cür hərəkət etməsi Xanpərinin qəlbini kövrəltdi. Ə.Vəliyev.

KÖVRƏLTMƏ
KÖVSƏR

Значение слова в других словарях