KÜDURƏT

[ ər. ]
1. Kin, ədavət, nifrət.
[Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov.
Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.

2. Qəm, dərd, bəla.
Üz qoyub üstünə küdurətü qəm; Yaş tökülür gözlərindən dəmadəm. Q.Zakir.
Açdın gözünü rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən. M.Ə.Sabir.

Синонимы

  • KÜDURƏT hirs — acıq — kin — qəzəb — ədavət
  • KÜDURƏT qəm — dərd — bəla
  • KÜDURƏT küdurət bax 1. qəm; 2. kin

Этимология

  • KÜDURƏT Ərəbcə kədər sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KÜÇÜKLƏNMƏK
KÜDURƏTLİ

Значение слова в других словарях