1. Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək.
– Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır.
Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi.
// Bəzən həsir mənasında.
[Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi.
2. məh. bax kövşən 2-ci mənada.
Safo … ya ayaqyalın, ya yamaqlı bir çarıqda gəzir, onun-bunun küləşində başaqçılıq eləyir.