kürd-ovşarı 2021

kürd-ovşarı
kürd
kürd-şahnaz 2021
OBASTAN VİKİ
Kürd-Ovşarı
Kürd-Ovşarı — şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər "Şur" simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.
Kürd Ovşarı (Simfonik muğam)
Kürd Ovşarı — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. == Tarixi == === Yazılma tarixi === Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir: Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim." S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır." === İfa tarixi === "Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir.
Ovşarı
Ovşarı – zərbi muğam "Şüştər" lad-məqamına əsaslanır. Onu da deyək ki, "Ovşarı" aşıq musiqi-poetik yaradıcılığında bir ənənəvi hava kimi də məşhurdur. Zərb muğam kimi "Ovşarı" şüştər məqamının iki şöbəsinin intonasiyalarını özündə əks etdirir: "Şüştər", "Təsnif". Bu zərbi muğam öz musiqisi etibarilə müəyyən dərəcədə təntənəni, əzəməti əks etdirir. Onun mətni əsası xalq sözlərindən alınmışdır.
Kürd-Dam
Kürd-Dam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Kürd (Göyçay)
Kürd — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-qərbdə, Ağdaş – Göyçay avtomobil yolu üzərində, Arvan çayı sahilində, düzənlik ərazidə yerləşən kənd. == Tarixi == == Toponimikası == Kürd oyk., sadə. Göyçay rayonunun Potu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır; == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 542 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıq, meyvəçiliklə məşğul olur.
Kürd (Qəbələ)
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kürd (dəqiqləşdirmə)
Kürd (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Kürd (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd.
Kürd Eldarbəyli
Kürd Eldarbəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 500 nəfərdir. Onun da 240 nəfəri kişi, 260 nəfəri isə qadındır.
Kürd Mahruzlu
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Kürd Mahrızlı
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Kürd Pəmbi
Kürd Pəmbi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd. Kəndin adı dəyiçdirilərək Sipan qoyulmuşdur.
Kürd bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürd canavargiləsi
Kürd canavargiləsi (lat. Daphne kurdica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov–lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır.
Kürd dili
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. == Təsviri == Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. == Yayılması == Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Kürd yerköpüyü
Kürd yerköpüyü (lat. Paronychia kurdica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2-10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirir. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpaqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kürd ədəbiyyatı
Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani. == Tarixi == Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər.
Kürd əmirlikləri
Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlı və İran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur. Kürdüstan əyaləti, Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi. == Tarixi == Erkən müasir dövrdə güclü Osmanlı və İran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür. Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.
Kürd dilləri
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd orfoqrafiyası
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Kürd günəşi
Kürd günəşi (kürd. Rojê Kurdî) — kürdlərin simvolu olan qızıl günəş. Qədim dövrlərdən bəri istifadə edilən simvolun kürd milləti üçün dini və mədəni əhəmiyyəti var. Simvol həmçinin Kürdüstan bayrağının mərkəzində də yerləşir. Günəşin 21 şüası var, çünki yəzdanizmdə 21 rəqəmi yenidən doğuşu təmsil edir. 21 rəqəmi həm də 21 martı, yəni Novruzu təmsil edir.
Kürd mifologiyası
Kürd mifologiyası — şimal-qərb Zaqros, Şimali Mesopotamiya və Cənub-Şərqi Anadolunun Kürdüstan dağlarında məskunlaşmış, mədəni, etnik və ya linqvistik baxımdan əlaqəli qədim xalqlar qrupunun inanc və təcrübələri üçün istifadə olunan ümumi termin. Bura onların islam və ya xristianlığı qəbul etməzdən əvvəlki dövrə aid Hind-Avropa bütpərəstliyi, həmçinin müsəlman olduqdan sonra ortaya çıxardıqları yerli miflər, əfsanələr və folklor daxildir. == Yaradılış mifi == Kürd mifologiyasında kürdlərin əcdadları Zəhhaq adlı padşahın zülmündən xilas olmaq üçün dağlara qaçmışdılar. Tarix boyu dağlarda gizlənən Dəmirçi Kave kimi insanların kürd etnosunu yaratdığına inanılır. Dağlar indiki dövrdə də kürdlərin həyatında əhəmiyyətli coğrafi və simvolik fiqurlardır. Digər milli miflərdə olduğu kimi, kürd mifologiyası da siyasi məqsədlər üçün istifadə olunur. == İslamdan sonra == Sasani hökmdarı II Xosrov Pərviz kürd şifahi ənənəsində, ədəbiyyatında və mifologiyasında yüksək ehtiram sahibidir. Şahmaran kürd folklorunda mifik bir məxluqdur. Onun mağarada yaşayan insan-ilan hibridi olduğuna inanılır və sirləri qoruyan hikmət ilahəsi hesab olunurdu. Bundan başqa, şahmaran vəfat etdikdən sonra onun ruhunun öz qızına keçdiyinə inanılır.
Kürd Hizbullahı
"Kürd Hizbullahı" (kürd. Hizbullahî Kurdî), həmçinin "Türkiyə Hizbullahı" və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله‎, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması. . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır. Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir. Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir. Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı, lakin onun əvəzində yeni qruplar yaranmışdır.
Kürd qaçqınlar
Kürd qaçqınlar — XX əsrdə Yaxın Şərqdə yaranmış və davam edən problem. Kürdlər Qərbi Asiyada, əsasən İran, İraq, Suriya və Türkiyənin bitişik hissələrini əhatə edən Kürdüstan kimi tanınan regionda yaşayan etnik qrupdur. Şimali bərəkətli hilal, Zaqros və Toros dağlarının ona bitişik ərazilərində hökmranlıq etdiyi dövrdə kürd üsyanlarını yatırmaq səbəbilə artıq Osmanlı imperiyası daxilində kürdlərin köçürülməsi baş verirdi. XX əsrin əvvəllərində Osmanlı imperiyasının xristian azlıqları soyqırıma məruz qalmışdır və tayfaları türklərə qarşı çıxan bir çox kürd eyni vaxtda didərgin düşmüşdür. İraqda kürdlərin muxtariyyət və müstəqillik arzularının boğulması 1919-cu ildə Mahmud Bərzəncinin üsyanından sonra silahlı qarşıdurmaya çevrilmişdir. Kürdlərin yerdəyişməsi İraq–kürd münaqişəsi və İraq Kürdüstanını kürd əksəriyyətindən təmizləməyə çalışan BƏƏS rejiminin paralel ərəbləşdirmə proqramları zamanı ən şiddətli hal almışdır. 1960 və 1970-ci illərdə Birinci və İkinci İraq–kürd müharibələrindən sonra on minlərlə kürd didərgin düşərək döyüş regionlarını tərk etmişdir. 1980-ci illərin İran–İraq müharibəsi, 1990-cı illərin əvvəllərindəki ilk Körfəz müharibəsi və sonrakı üsyanlar səbəbilə ümumilikdə bir neçə milyon kürd qaçqın olmuşdur. Onlar əsasən İrana sığınmış, digərləri isə Avropa və Amerikadakı kürd diasporuna dağılmışdır. İranda əksəriyyəti kürd olan 1,400,000 iraqlı qaçqına sığınacaq verilmişdir.

Значение слова в других словарях