kür
kürd-ovşarı 2021
OBASTAN VİKİ
Abdulla Kürd
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Kürd-Dam
Kürd-Dam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Kürd-Ovşarı
Kürd-Ovşarı — şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər "Şur" simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.
Kürd (Göyçay)
Kürd — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu inzibati ərazi vahidində kənd. Göyçay şəhərindən cənub-qərbdə, Ağdaş – Göyçay avtomobil yolu üzərində, Arvan çayı sahilində, düzənlik ərazidə yerləşən kənd. Kürd oyk., sadə. Göyçay rayonunun Potu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kəndi vaxtilə kürd ailələri saldığına görə belə adlandırılmışdır; 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 542 nəfər əhali yaşayır. Əhalisi əsasən taxılçılıq, pambıqçılıq, heyvandarlıq, meyvəçiliklə məşğul olur.
Kürd (Qəbələ)
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kürd (dəqiqləşdirmə)
Kürd (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Kürd (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd.
Kürd Eldarbəyli
Kürd Eldarbəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 500 nəfərdir. Onun da 240 nəfəri kişi, 260 nəfəri isə qadındır.
Kürd Mahruzlu
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. Akif Muradverdiyev. Zəngəzur.
Kürd Mahrızlı
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. Akif Muradverdiyev. Zəngəzur.
Kürd Pəmbi
Kürd Pəmbi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd. Kəndin adı dəyiçdirilərək Sipan qoyulmuşdur.
Kürd bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürd canavargiləsi
Kürd canavargiləsi (lat. Daphne kurdica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov–lansetvari, 1-3 sm uzunluğunda, 4–8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8–10 mm uzuluğundadır.
Kürd dili
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Kürd yerköpüyü
Kürd yerköpüyü (lat. Paronychia kurdica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT. Azərbaycanın nadir növüdür. Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır. Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2-10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirir. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpaqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kürd ədəbiyyatı
Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani. Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər.
Kürd əmirlikləri
Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlı və İran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur. Kürdüstan əyaləti, Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi. Erkən müasir dövrdə güclü Osmanlı və İran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür. Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.
Kürd dilləri
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Kürd orfoqrafiyası
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Kürd yazısı
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir. Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Kürd günəşi
Kürd günəşi (kürd. Rojê Kurdî) — kürdlərin simvolu olan qızıl günəş. Qədim dövrlərdən bəri istifadə edilən simvolun kürd milləti üçün dini və mədəni əhəmiyyəti var. Simvol həmçinin Kürdüstan bayrağının mərkəzində də yerləşir. Günəşin 21 şüası var, çünki yəzdanizmdə 21 rəqəmi yenidən doğuşu təmsil edir. 21 rəqəmi həm də 21 martı, yəni Novruzu təmsil edir.
Kürd mifologiyası
Kürd mifologiyası — şimal-qərb Zaqros, Şimali Mesopotamiya və Cənub-Şərqi Anadolunun Kürdüstan dağlarında məskunlaşmış, mədəni, etnik və ya linqvistik baxımdan əlaqəli qədim xalqlar qrupunun inanc və təcrübələri üçün istifadə olunan ümumi termin. Bura onların islam və ya xristianlığı qəbul etməzdən əvvəlki dövrə aid Hind-Avropa bütpərəstliyi, həmçinin müsəlman olduqdan sonra ortaya çıxardıqları yerli miflər, əfsanələr və folklor daxildir. Kürd mifologiyasında kürdlərin əcdadları Zəhhaq adlı padşahın zülmündən xilas olmaq üçün dağlara qaçmışdılar. Tarix boyu dağlarda gizlənən Dəmirçi Kave kimi insanların kürd etnosunu yaratdığına inanılır. Dağlar indiki dövrdə də kürdlərin həyatında əhəmiyyətli coğrafi və simvolik fiqurlardır. Digər milli miflərdə olduğu kimi, kürd mifologiyası da siyasi məqsədlər üçün istifadə olunur. Sasani hökmdarı II Xosrov Pərviz kürd şifahi ənənəsində, ədəbiyyatında və mifologiyasında yüksək ehtiram sahibidir. Şahmaran kürd folklorunda mifik bir məxluqdur. Onun mağarada yaşayan insan-ilan hibridi olduğuna inanılır və sirləri qoruyan hikmət ilahəsi hesab olunurdu. Bundan başqa, şahmaran vəfat etdikdən sonra onun ruhunun öz qızına keçdiyinə inanılır.
Kürd Hizbullahı
"Kürd Hizbullahı" (kürd. Hizbullahî Kurdî), həmçinin "Türkiyə Hizbullahı" və ya sadəcə "Hizbullah" (ərəb. حزب الله‎, Allahın partiyası) — Türkiyənin cənub-şərqində fəaliyyət göstərən yarımhərbi kürd qruplaşması. . Qruplaşmanın ideologiyası kürdçü sünni islamdır. Adı Livanda eyniadlı şiə təşkilatından fərqləndirmək üçün başqa formada qeyd edilir. Qrupun əvvəlcə Türkiyə kəşfiyyatı tərəfindən solçu və dünyəvi PKK-ya qarşı mübarizə aparmaq üçün yaradıldığı, lakin sonradan nəzarətdən çıxdığı güman edilir. Qrupun fəaliyyəti Türkiyə hakimiyyətini təhdid etməyə başlayanda darmadağın edilmiş və 2000-ci illərin əvvəllərindən praktiki olaraq terror fəaliyyətini dayandırmışdı, lakin onun əvəzində yeni qruplar yaranmışdır.
Kürd qaçqınlar
Kürd qaçqınlar — XX əsrdə Yaxın Şərqdə yaranmış və davam edən problem. Kürdlər Qərbi Asiyada, əsasən İran, İraq, Suriya və Türkiyənin bitişik hissələrini əhatə edən Kürdüstan kimi tanınan regionda yaşayan etnik qrupdur. Şimali bərəkətli hilal, Zaqros və Toros dağlarının ona bitişik ərazilərində hökmranlıq etdiyi dövrdə kürd üsyanlarını yatırmaq səbəbilə artıq Osmanlı imperiyası daxilində kürdlərin köçürülməsi baş verirdi. XX əsrin əvvəllərində Osmanlı imperiyasının xristian azlıqları soyqırıma məruz qalmışdır və tayfaları türklərə qarşı çıxan bir çox kürd eyni vaxtda didərgin düşmüşdür. İraqda kürdlərin muxtariyyət və müstəqillik arzularının boğulması 1919-cu ildə Mahmud Bərzəncinin üsyanından sonra silahlı qarşıdurmaya çevrilmişdir. Kürdlərin yerdəyişməsi İraq–kürd münaqişəsi və İraq Kürdüstanını kürd əksəriyyətindən təmizləməyə çalışan BƏƏS rejiminin paralel ərəbləşdirmə proqramları zamanı ən şiddətli hal almışdır. 1960 və 1970-ci illərdə Birinci və İkinci İraq–kürd müharibələrindən sonra on minlərlə kürd didərgin düşərək döyüş regionlarını tərk etmişdir. 1980-ci illərin İran–İraq müharibəsi, 1990-cı illərin əvvəllərindəki ilk Körfəz müharibəsi və sonrakı üsyanlar səbəbilə ümumilikdə bir neçə milyon kürd qaçqın olmuşdur. Onlar əsasən İrana sığınmış, digərləri isə Avropa və Amerikadakı kürd diasporuna dağılmışdır. İranda əksəriyyəti kürd olan 1,400,000 iraqlı qaçqına sığınacaq verilmişdir.
Azərbaycan kürdləri
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. Kürdlər X–XI əsrlərdə Şəddadilər sülaləsinin qurulması ilə Qafqazda ortaya çıxdılar. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur. Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu.
Ağbulaq-Mirzəbəy (Kürdüstan)
Ağbulaq-Mirzəbəy - İranın Kürdüstan ostanında kənd.. Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km cənub-şərqdədir.
Ağbulaq-Nəzəryan (Kürdüstan)
Ağbulaq-Nəzəryan - İranın Kürdüstan ostanında kənd.. Bicar şəhristanının Mərkəzi bölgəsinin Kərani kəndistanında, Həsənabad-Sukənd qəsəbəsindən 24 km qərbdədir.
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya - İranın Kürdüstan ostanında kənd.. Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 20 km cənub-şərqdədir.
Ağcaxaraba (Kürdüstan)
Ağcaxaraba - İranın Kürdüstan ostanında kənd.. Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 31 km cənub-şərqdədir.
Ağdaş (Kürdüstan)
Ağdaş — İranın Kürdüstan ostanı, Sənəndəc şəhristanına daxil olan kənd. Sənəndəc şəhristanının Qurvə bəxşinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 25 km şərqdədir.
Aşağı Kürdmahmudlu
Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir. Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur. Əhalisi 1500 nəfərə yaxındır. Aşağı Kürdmahmudlu Füzuli rayonunun Kürdmahmudlu inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşağı Kürdmahmudlu bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Babur-i Kürd
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Kürd (Şot)
Babur-i Kürd (fars. بابوركرد‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Bala Kəngərli (Kürdəmir)
Bala Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Bala Kəngərli oyk., mür. Tərtər r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır; Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Keçmiş adı Çılpaq Kəngərli (Çılpaq adlanan yerdə salındığı üçün) olmuşdur. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 274 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Barani-i Kürd (Sulduz)
Barani-i Kürd (fars. باراني كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Bayançölü-i Kürd
Bayançölü-i Kürd (fars. بيانچلي كرد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Bayançölü-i Kürd (Şot)
Bayançölü-i Kürd (fars. بيانچلي كرد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Bayram Kürdəxanlı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bayram Kürdəxanılı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bağban (Kürdəmir)
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cağanlı-i Kürd (Maku)
Cağanlı-i Kürd (fars. جگن لوي كرد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 382 nəfər yaşayır (70 ailə).
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Ermənistan kürdləri
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir. Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır. Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Hacı Mövlamverdi Kürdmahmudlu
Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. Milliyyətcə kürd idi. Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях