KÜVƏZ
is. \[fr. couveuse "qırt toyuq, inkubator"\] tib. Yarımçıq doğulmuş və ya zəif səhhəti olan körpələrin saxlanması üçün nəzərdə tutulmuş, isidici yatağa malik üstüaçıq və ya süni mikroklimatlı qapalı inkubator. Yeni doğulmuşlar üçün körpə yuvası – küvəz bir növ sağ qalmağa və vaxtından əvvəl doğulmuş xəstə körpələri qorumağa kömək edir. (aysberq.site40.net/index.php?newsid=240)