Vaqif Kəhrizli
Vaqif Cabbar oğlu Əliyev -( 25 aprel 1953 -5 mart 2019) azərbaycanlı şair,Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Vaqif Kəhrizli 25 Aprel 1953-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.İbtidai təhsilini bu kənddə aldıqdan sonra 1966-cı ildə ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndinə köçmüşdür.1970-ci ildə orta təhsilini başa vurub.Elə həmin ildə Bakı Kitabxanaçılıq Texnikumunun "Mədəni maarif " şöbəsinə qəbul olub.1975-ci ildə texnikumu bitirib.
O Kəhrizli kəndində əvvəlcə Klub müdiri ,daha sonra isə Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.1992-ci ildən S.Nuriyev adına Kəhrizli kənd musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib
6 övladı var.
"Dünya mənim evimdir" , "Azərbaycan bayrağı" , "Peyğəmbər" ,"Dünya ,Zaman,İnsanlar" ,"Yaşa Azərbaycan,yaşa Türkiyə" və s. olmaqla 8 kitablar müəllifidir.
1983-cü ildə Xalq artisti Əlibaba Məmmədov öz dəstəsi ilə Ağcabədiyə konsert verməyə gəlir və gənc Vaqif onunla görüşməyə fürsət tapdır və ona "Ana dilim ölən deyil" adlı öz şeirini təqdim edir.Əlibaba Məmmədov bu şeiri bəyənir və bu şeiri mahnı kimi ifa etməyə başlayır və bununla da şeir ölkə səviyəəsində tanınır.
Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan şair Vaqif Kəhrizli 5 mart 2019-cu ildə 66 yaşında dünyasını dəyişib.