Kələcöş
Xörək növünün adıdır. Unu südlə bişirib içinə əzilmiş qoz və qurut tökülməsi yolu ilə hazırlanır. Gəncə bölgəsində bu xörək növündən daha çox istifadə olunur. Gəncə şivəsində bu söz “xörək adı” mənasında işlənir: - Bu qışı biz heç kələçöş pişirmədix1(1, 256)
İrəvan şivəsində bu söz “ət qovurması, soğan, noxud ləpəsi, düyü, quru nanə, əzilmiş qurud və döyülmüş qoz ləpəsinin qarışığından bişirilən bozbaş, xörək növü” mənasında işlənir. ( 10, 208) “Kələcöş” sözü Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrində “qurut, yağ, soğan və kartofdan hazırlanmış xörək növü” mənasında işlənir: -Kələcöş ləzzətdi şeydi. (26, 221)
Təbriz mətbəxində kələcöş belə hazırlanır: “Soğanı qovurub ona duz vurub su tökürlər. Qaynayandan sonra qurudla quru nanə artırırlar. O biri şorbalar kimi çörəyi içinə doğrayıb yeyərlər. (28, 311)