1. Alicənablıq, xeyirxahlıq, mərhəmət, səxavət, lütfkarlıq.
…Bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar.
Kəramət etmək (qılmaq, buyurmaq) köhn. – lütf etmək, bağışlamaq, vermək.
[Pəri xanım Vəzirə:] Allah sənə, qızım Şölə xanımdan bir oğlan kəramət eləsin.
Kəramətə gəlmək – səxavətə gəlmək, əliaçıqlıq göstərmək; lütf etmək.
2. köhn. Müsəlmanların təsəvvürünə görə, övliyalardan, Allahdan və b. müqəddəslərdən sadir olan bəzi xariqüladə işlər, ecazkar qüvvə, möcüzələr. Pir mənimdir, kəramətini bilirəm. ( Ata. sözü ).
Ağlamaq möminin əlamətidir; Nəbinin dininin xoş adətidir; Əgər bilsən həqqin kəramətidir; Ta gedincə nuri bəsər ağlarsan!
[Xortdan:] Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır.