KƏS

əv. one, a person; bir ~ someone, anyone, somebody, anybody; heç ~ no one, nobody; hər (bir) ~ everyone, anyone, everyboby; Bir kəs səndən soruşsa... If anyone / anybody asks you...; O kəslər ki bizə kömək ediblər, xüsusi qeyd olunacaqlar Those who have assisted us will be mentioned particularly

KƏRTMƏK
KƏSAFƏT
OBASTAN VİKİ
Kəs, köçür və yapışdır
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
Aza kəsilişi
Aza kəsilişi Naxçıvan MR Ordubad rayonunun ərazisində təşəkkül tapmış paleosen-alt eosen çöküntülərinin mötəbər kəsilişlərindən biridir. Foraminifer faunası və nannoplanktonla zəngin olan bu çöküntü qatı Aza kəndinin ətraflarında üzə çıxır və Ordubad riftogen qatlamının paleosen-alt eosen dəstəminin istinad kəsilişi kimi qəbul edilmişdir.
Aşağı Kəsəmən
Aşağı Kəsəmən (əvvəlki adı: Yenikənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Yenikənd kəndi Aşağı Kəsəmən kəndi adlandırılmışdır. Aşaği Kəsəmən kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşıyış məntəqəsi sovet hakimiyyəti illərində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Dağ Kəsəmən kəndinin qarşılığı kimi nəzərdə tutulmuşdur.
Aşağı Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Böyük Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun Böyük Kəsik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılmışdır.
Böyük Kəsik Dəmiryol Stansiyası
Böyük Kəsik Dəmiryol Stansiyası — Ağstafa rayonunda, Bakı–Tbilisi dəmiryolu xətti üzərində dəmiryol stansiyası.
Böyük Kəsik bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cərrahi kəsiklər
Cərrahi kəsiklər — Cərrahi əməliyyat zamanı, cərrahi kəsiklər əməliyyat prosedurunu asanlaşdırmaq və xəstəyə lazımi müdaxiləni etmək üçün çox vacibdir. Adətən əməliyyatda bir neçə kəsik eyni anda tətbiq edilir. Ümumiyyətlə, cərrahi əməliyyat zamanı cərrahi kəsiklər həm əməliyyatın gediş prosesinə mane olmaması, həm də xəstənin sağlığı baxımından, mümkün qədər kiçik və səliqəli edilməlidir. Cərrahi kəsiklər əvvəlcədən planlaşdırılmış formada, bədənin istənilən müxtəlif hissələrinə tətbiq oluna bilər. Tibbdə cərrahi əməliyyat zamanı tətbiq edilən cərrahi kəsiklərin hər birinin öz adı var və bu terminlər tarix boyu bu kəsiklərdən ilk istifadə edən məşhur cərrah və həkimlərin adını daşıyır.
Cərəyanın kəsilməsi
Cərəyanın kəsilməsi(Blackout )– cərəyan şəbəkəsində gərginliyin sıfıra düşməsi halı; cərəyanın tam kəsilməsidir. Buna bir çox amillər, o cümlədən təbii fəlakətlər (qasırğa, zəlzələ) və ya elektrik cihazlarındakı (transformatorda, elektrik ötürücü xətlərdə) sıradançıxmalar səbəb ola bilər. Cərayanın kəsilməsi kompüteri korlaya bilər; bu, qəza (kəsilmə) anında kompüterin hansı vəziyyətdə olmasından asılıdır. Bu halda bütün saxlanılmamış məlumatlar biryolluq itəcək. Ən təhlükəli hal isə diskdən məlumatların oxunması və ora yazılma anında cərəyanın kəsilməsi halında yaranır. Belə arzuolunmaz hallardan qorunmağın yolu isə kəsilməz qida mənbələrindən (UNINTERRUPTIBLE POWER SUPPLY, UPS) istifadə etməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dağ Kəsəmən
Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. İbrahim Rəhimov — Azərbaycanın ilk ali təhsilli həkimi və ilk psixiatrı. Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı. Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru. Süleyman Tatlıyev — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Qazaxlı Alik — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur. AĞSTAFA İsmayıl Umudlu. Dağ Kəsəmən.
Dağ Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dağ Kəsəmən qızıl-polimetal yatağı
Dedekind kəsiyi
Dedekind kəsiyi - irrasional ədədlərin daxil edilməsi üsullarının birinin əsas anlayışlarındandır. Bu anlayışı alman alimi Dedekind (1831-1916) təklif etmişdir. Dedekind kəsiyinin mahiyyəti aşağıdakı kimidir: Fərz edək ki, Q {\displaystyle Q} rasional ədədlər çoxluğudur.Məlumdur ki, Q {\displaystyle Q} çoxluğu nizamlanmış çoxluqdur. Məlumdur ki, çoxluğu nizamlanmış çoxluqdur. Rasional ədədlər çoxluğunun aşağıdakı şərtləri ödəyən, istənilən kəsişməyən və boş olmayan iki A {\displaystyle A} və B {\displaystyle B} çoxluqlarına ayrılmasını kəsik adlandıraq. A {\displaystyle A} çoxluğunu aşağı (sol) sinif, B {\displaystyle B} çoxluğunu yuxarı (sağ) sinif adlandıraq. Şərtlər aşağıdakılardır: A {\displaystyle A} çoxluğunun hər bir elementi B {\displaystyle B} çoxluğunun hər bir elementindən kiçikdir. Aşağı sinfin ən böyük elementi, yuxarı sinfin ən kiçik elementi yoxdur. Onda rasional ədədlər çoxluğunda bu qayda ilə təyin olunmuş ( A {\displaystyle A} , B {\displaystyle B} ) kəsiyi müəyyən α=( A {\displaystyle A} , B {\displaystyle B} ) irrasional ədədini təyin edir. Dedikind kəsikləri irrasional ədədləri təyin etməyin bir üsuludur.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Dübrar kəsilişi
Dübrar kəsilişi Böyük Qafqazın cənub yamacı Zaqatala-Qovdağ zona­sının orta və üst təbaşir çöküntülərinin istinad kəsilişi sayılır. Bu kəsiliş Altı­ağac kəndindən qərbdə, Dübrar dağının yamaclarında üzə çıxır və özünün tamlığı və müxtəlif qrup təbaşir faunasının varlığı ilə seçilir.
Dərəköhnəbinə kəsilişi
Dərəköhnəbinə kəsilişi Böyük Qafqaz kənar dəniz hövzəsinin qitə yamacında təbaşirin ortalarında sualtı-sürüşmə deformasiyaları nəticəsində üst apt-alb plastik çöküntülərində yaranmış disharmonik qırışıqlığın əyani nümunəsidir. Bu süxur dəstəminin Giləzi qəsəbəsindən Xızı şəhərinə gedən yolun 11-ci kilometrindən başlayaraq uzunluğu 5 km olan gözəl açılışı ətraf əraziyə özünəməxsus kolorit verir.
Facebook kəsintisi (2021)
Facebook kəsintisi — 4 oktyabr 2021-ci il UTC saatıyla 15:39-da Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp, Mapillary və Oculus yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz oldu. Kəsinti həmçinin "Facebook ilə giriş et" özəlliyini istifadə etməyə çalışan şəxslərin də 3-cü tərəf saytlara girişini əngəllədi. Kəsinti əsnasında bir çox istifadəçi Twitter, Discord ve Telegram-a axın etdi və bu platformaların serverlərində fasilələrə yol açdı. Problemin DNS və IP adresləri arasındakı əlaqədən qaynaqlandığı bildirildi. Təxminən saat 20:50-də Sərhəd Keçid Protokolu (BGP) yönləndirməsi bərpa olundu və 21:05-də DNS xidmətlərinə giriş mümkün oldu. 1 saatdan artıq müddətdən sonra Facebook, Instagram və WhatsApp-a giriş tədricən mümkün oldu. 22:50-də isə problem tamamilə aradan qaldırıldı. Təhlükəsizlik mütəxəssisləri kəsintinin Sərhəd Keçid Protokolu tərəfindən Facebookun DNS serverlərinin yerləşdiyi IP ünvanı prefikslərinini gerilətməsi səbəbi ilə yarandığını və bununla da istifadəçilərin əlaqəli domenlərə əlçatanlığını və xidmətlərdən istifadəsini mümkünsüz etdiyini açıqladılar. Təsirlər qlobal hal aldı; Məsələn, İsveçrə İnternet xidmət təminatçısı Init7, Sərhəd Keçid Protokolunda dəyişiklik edildikdən sonra Facebook serverlərinə yönələn internet trafikində böyük bir azalma qeyd etdi. Cloudflare, saat 15:39 -da (UTC) Facebook-un bütün məsul ad servlerlərinin tutunduğu IP prefiksləri də daxil olmaqla xeyli BGP yeniləmələri etdiyini və həmin əsnada bunun Facebook-un DNS serverlərini İnternetdən əlçatmaz vəziyyətə salmağına səbəb olduğunu açıqladı.
Fileto (kəsilmiş)
Fileto və ya fileto (İngiltərə: / ˈfɪlɪt /, US: / fɪˈleɪ /; Fransız dilindən filet, [filɛ] kimi tələffüz olunur) sümüksüz bir ət və ya balıq parçasıdır. Fileto tez -tez bir çox mətbəxin əsas tərkib hissəsidir və bir çox yeməklər, maddələrdən biri olaraq müəyyən bir növ filetonun istifadəsini tələb edir. ABŞ -da mal əti vəziyyətində, bu termin ən çox mal əti, xüsusilə də fileto mignonuna aiddir. Toyuq filesi, bəzən tenderloin olaraq da adlandırılır, toyuq və ya dəvəquşu bifteklərindən hazırlanan xüsusi bir ət parçasıdır. [1] Bir toyuqun hər birinin uzunluğu bir neçə düym və eni təxminən 1 düym olan iki fileto var. Onlar sternumun mərkəzindəki göğüs qəfəsinin üstündəki ana sinə altında yatırlar. Əsas döşdən bir iplə ayrılırlar. Toyuq filesi bir çox ölkələrdə supermarketlərdə çox populyardır. Əsas döşə yapışdırıla bilər və ya ümumiyyətlə dörd və ya daha çox fileto paketində döşdən ayrılar. Fileto hazırlayarkən, pulcuqları balıqdan çıxarmalısınız.
Fiskal kəsir
Fəhəm Kəsəmənli
Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub. Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.
Fəqam Kəsəmənli
Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub. Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Gökhan Kəsər
Gökhan Kəsər (9 sentyabr 1987, İzmir) — Türk müğənni və aktyor. Gökhan Kəsər 9 sentyabr 1987-ci ildə İzmirdə anadan olub. Ailəsi Rizənin Pazar mahalından İzmirdə məskunlaşıb. Mənşəyi Rizənin Çamlıhemşin mahalının Kale kəndinə gedib çıxır.4 yaşında hobbi olaraq başladığı modellik karyerasına çox şey qatdı. O, ilk dəfə çox gənc yaşlarında "Miss & Mr Model 2004" yarışmasında qalib seçilərək "Egey Kralı" adını qazanıb. Daha sonra "Best Model of Turkey 2005" yarışmasında Türkiyə ikincisi seçilərək "Manhunt Turkey" adını qazanaraq Türkiyəni xaricdə təmsil etmək hüququ qazanıb. Nəhayət, 2006-cı ildə Çində keçirilən və 64 ölkədən ən yaxşı modellərin yarışdığı və dünyanın ən yaraşıqlı və xarizmatik kişisinin seçildiyi Manhunt International yarışmasında dünyanın dördüncü və ən fotogen kişisi seçildi. və "Manhunt International 2006 "Manhunt International Mr. Photogenic" titullarına layiq görülmüşdür. ölkəmizə gətirilmişdir.
II Kəsrani türbəsi
II Kəsrani türbəsi — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Türbə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4020). Bina kvadrat formaya malikdir. Qara suvaqla üzlənən binanın fasadı əhənglə ağardılmışdır. Mərkəzi hissədə gümbəzi vardır.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.

Значение слова в других словарях