Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək.
□ Bir ləhzə – bir saniyə, bir an, bir dəm, göz açıbyumunca.
Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanım.
[Kərəm:] Canım Əsli, bir ləhzə mənimlə otur, səni tapmışam və səndən ayrıla bilmərəm.
Bir ləhzədə, bir ləhzə içində – dərhal, o saat, bir göz qırpımında, göz yumub açınca.
[Vaqif:] Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax!
// Ümumiyyətlə zaman, vaxt, müddət.
□ Hər ləhzə, hər ləhzədə – həmişə, hər vaxt, hər zaman, daima.
Bica yerə hər ləhzədə min şurü-şərin var; Çox pis nəzərin var.
Hansı bir kəsbə yapışdım ki, yar olsun tale; Sən çıxıb qarşıma hər ləhzədə oldun mane.