Karl Lagerfeld
Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt (10 sentyabr 1933[…], Hamburq, Üçüncü Reyx – 19 fevral 2019[…], Nöyi-sür-Sen, Fransa) — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri.
Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır.
1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır.
1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir.
Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.