Lahmacun
Lahmacun Türkiyə fast food yeməyidir.
== Tərkibi ==
=== Xəmir üçün ===
1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1 3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz
=== Üstü üçün ===
225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan — xırda-xırda doğranmış (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor — qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1 stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su
=== Süfrəyə Vermək Üçün ===
cəfəri
limon
ayran (resept aşağıda)
== Hazırlanması ==
Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4 stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.
Xəmiri 10 dəqiqə ərzində yoğurun.