LANDŞAFTIN GENEZİSİ

landşaftın əmələ gəlməsinə səbəb olan proseslərin məcmusu və onun müasir dinamiki vəziyyəti. Cəmiyyətin landşafta təsir göstərməsinə qədər onun əmələ gəlməsi əsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyin edilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaq landşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərə və s.) landşaft. İnsanın peyda olması ilə landşaftəmələgətirən və landşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyəti oldu. Bu özünü landşaftların adında əks etdirir: antropogen landşaft, əkinçilik landşaftı və s. Landşaftın əmələ gəlməsi və müasir vəziyyətinin formalaşması paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini, strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir.
LANDŞAFTIN ESTETİKASI
LANDŞAFTIN GEOKİMYASI