The Last of Us
The Last of Us — Naughty Dog tərəfindən hazırlanan, fəaliyyət-macəra və həyatda qalma-qorxu növlərindəki, Sony Computer Entertainment tərəfindən yalnız PlayStation 3 üçün yayımlanan videooyunu. 10 dekabr 2011'dəki Spike Video Oyunu Mükafatları əsnasında elanı edilmiş olmaqla birlikdə dünya səviyyəsində 14 iyun 2013, Yaponiya'da 20 iyun 2013 satışa təqdim edilmişdir. PlayStation 4 üçün təşkil edilən və The Last of Us Remastered adını daşıyan versiyası isə Şimali Amerika'da 29 iyul, Avropa və Avstraliyada 30 iyul, Birləşmiş Krallıqda isə 1 avqust 2014 tarixlərində nümayiş olunmuşdur.
== Haqqında ==
Oyun bütün dünyanı qucaqlayan və yoluxanları bir neçə saat içərisində insanlara hücum edən varlıqlara çevirən epidermiya xəstəliyinin başlamasından iyirmi il sonrasını, 2033-cü ili mövzu alır. Xəstəlik səbəbiylə mədəniyyət böyük ölçüdə məhv olmuş və fərqli qruplar halında yaşamaq məcburiyyətində qalan insanlar, həyatda qala bilmək üçün bir-birləri və xəstəliklilərə qarşı mübarizə etmək məcburiyyətində qalmışdır. Bu post apokaliptik mühitdəki Amerika Birləşmiş Ştatları'nda keçən oyun, orta yaşlardakı kişi xarakter Joel'un (Troy Baker'ın səsləndirməsi və canlandırması ilə), xəstəliyə qarşı immuniteti olan gənc qız Ellie'yi (Ashley Johnson'ın səsləndirməsi və canlandırması ilə) işıldaquş adlı separatçı bir qrupa çatdırması əsnasında ikilinin başından keçənləri mövzu alır. Oyunun böyük bir qismində Joel, oyunçular tərəfindən nəzarət edilir və qarşılaşılan müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışır.
Ümumi olaraq müsbət reaksiyalarla qarşılaşan The Last of Us; müxtəlif oyun araşdırmalarını yığan və orta bir bal təyin edən veb saytlarından Metacritic'də 100 üzərindən 95, GameRankings'də isə %95,04'lik orta tutdu. Bu ortalamalarla birlikdə PlayStation 3 platforması üçün ilin və bütün zamanların ən yaxşı on oyunu arasında sadalandı. İlk həftəsində 1,3 milyondan üzərində nüsxə sataraq Grand Theft Auto V 'in ardından, 2013-cü ildə nümayiş olunan oyunlar arasında ilk həftəsində ən çox satılan ikinci oyun oldu.