Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sakitlik (roman)
Sakitçilik (tur. Huzur) — Əhməd Hamdi Tanpınar tərəfindən 1949-cu ildə yazılmış sevgi mövzusunda roman. 22 Fevral 1948 — 2 İyun 1948 tarixləri arasında Respublika Qəzeti tərəfindən bölümmüş bu kitab, 1949-cu ildə kitab olaraq tək halında çap edilmişdir. 1949-cu ildən 2004-cü ilə qədər on üç dəfə çap edilən "Sakitçilik" romanı, ən son Dergah Nəşriyyat Evi tərəfindən nəşr olunmuşdur. Türk modernisminin qabaqcıllarındandır. Dr. Tanpınar, Tarık Temele yönəltdiyi 391 səhifəlik romanını, 1939-cu ildə İstanbulda Mümtaz xarakteri çərçivəsində qurur. Romanda sevgilisi Nurana qovuşma — qovuşa bilməmə qorxusu ilə yaşayan, İkinci Dünya Müharibəsinin hər an başlayacaq olması qorxusuyla tətikdə gözləyən, Respublika sonrası mədəniyyəti qəbul ikiləmələri ilə yaşayan, problemli bir qurşağın nümayəndəsi olan Mümtaz; Varlıq problemini həll etmək istəyən bir İstanbul əsilli oğlandır. Bir uşaqlı dul Nuran, Mümtazı sevən amma cəmiyyət təzyiqi və dedi-qodulardan bulanmış, Yeni respublikanın həyatına bir də müsbət qatqısı olmadığı aşikar etmiş, nəticədə cəmiyyətə qarşı uduzan və sevgisini yox edib, Mümtaz ilə evlənməkdən imtina edən — kitabın ana qadın qəhrəmanıdır.
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. == Tarixi == Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. == Əhali == "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
Zakir Sadatlı
Zakir Sadatlı (Zakir Əmin oğlu Aslanov) — yazıçı-telejurnalist, şair, ssenarist publisist. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir. 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləmişdir. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdır. 20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub.
Abbasbəyli (Saatlı)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Azadkənd (Saatlı)
Azadkənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1853 nəfərdir. == Toponimikası == Azadkənd oyk., mür. Saatlı rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı 5 Dekabr (Konstitusiya gününə işarədir) olmuş, 1937-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır.
Ağaməmmədli (Saatlı)
Ağaməmmədli— Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Balakənd (Saatlı)
Balakənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Bəylər (Saatlı)
Bəylər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Bəylər kəndi Əlisoltanlı kənd inzibati dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəylər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1604 nəfərdir. == Din == Kənddə Bəylər kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəlilər (Saatlı)
Dəlilər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəlilər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəlilər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Gomuşçu (Saatlı)
Gomuşçu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 954 nəfərdir. == Toponimikası == Gomuşçu oyk, sadə. Saatlı rayonunun Varxan inzibati ərazi vahidində kənd. Muğan düzündədir.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Heydərabad (Saatlı)
Heydərabad (əvvəlki adı: Qolovinovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Qolovinovka kəndi Heydərabad kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 783 nəfərdir.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Minbaşılı (Saatlı)
Minbaşılı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Musalı (Saatlı)
Musalı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1025 nəfərdir. === Tanınmışları === Mübariz Əhmədov (jurnalist) == Toponimikası == Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış mən­təqəsini vaxtilə Musa adlı şəxs və onun nəs­linə mənsub ailələr saldığına görə belə adlan­dırılmışdır.
Mustafa (Saatlı)
Mustafa — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədabad (Saatlı)
Məmmədabad — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1586 nəfərdir. == Toponimikası == Muğan düzündədir. Oykonim Məmməd (ş.a.) və abad (kənd) komponentlərindən ibarət olub, “Məmmədin saldığı kənd”, yaxud “Məmmədin abad etdiyi kənd” mənasındadır.
Məzrəli (Saatlı)
Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1027 nəfərdir. === Tanınmış şəxslər === Sakit Yaqubov — Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, iqtisad elmləri doktoru, professor. == Mədəniyyəti == Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
Novruzlu (Saatlı)
Novruzlu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Novruzlu kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Novruzlu kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında Dəllər kəndindən ayrılmış novruzlu nəsli­nin həmin kəndə məxsus pay torpaqlarında məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sarısu gölü ilə Kür çayının arasında, Mil düzündə yerləşir. == Əhalisi == Əhalisinin sayı 626 nəfərdir.
Nərimanov (Saatlı)
Nərimanov — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1360 nəfərdir. == Toponimikası == Saatlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Yerli əhali arasında Nəri­mankənd formasında da işlənir. Keçmiş adı Abbasbəyli olmuşdur. Yaşayış məntəqəsini sahibkar Abbas bəyə məxsus kəndlilər saldı­ğına görə kəndə həmin sahibkarın adı veril­mişdir. Sonralar kənd N. Nərimanovun şərə­finə adlandırılmışdır. Memorial toponimdir.
Qaracalar (Saatlı)
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1033 nəfərdir. == Toponimikası == Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır. == Coğrafiyası və iqlimi == Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir. Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir. == İqtisadiyyatı == Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. == Əhalisi == Əhalisinin sayı 3622 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Lakatnik burnu
Lakatnik burnu (bolq. нос Лакатник, ‘Nos Lakatnik’ \'nos la-'kat-nik\) — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Neofit zirvəsinin qolunu əmələ gətirir.Burun qərbi Bolqarıstanda yerləşən Lakatnik şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Lista burnundan 1.6 km şimal-şərqdə, Ceyms burnundan 11 km şimal-şərqdə, Qarmen burnundan 2.66 km cənub-qərbdə, Smit burnundan 22 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Sabitlik qanunu
“Sabitlik qanunu”– belə ki, biosferin canlı maddəsinin miqdarı sabit kəmiyyətdir. == Ümumi məlumat == Bu qanun ilk dəfə V.İ.Vernadski tərəfindən şərh edilmişdir: Belə ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, biosferin canlı maddəsinin miqdarı (müəyyən geoloji vaxt ərzində) sabit kəmiyyətdir. Bu qanun daxili dinamiki tarazlıq qanunu ilə sıx əlaqədardır. Sabitlik qanununa görə biosferin hər hansı bir sahəsindəki canlı maddə miqdarının hər hansı bir dəyişikliyi mütləq biosferin digər bir sahəsində əks işarə ilə həcmcə həmin qədər canlı maddə miqdarının dəyişməsinə səbəb olur.
İqtisadi sabitlik
İqtisadi sabitlik — iqtisadi artımda və qiymətlərin səviyyəsindəki stabilliyi əks etdirir.