lemma
lemminqlər
OBASTAN VİKİ
Lemminq
Lemminqlər — dağ siçanı fəsiləsinin (Cricetidae) çöl siçanları (Arvicolinae) alt ailəsinə mənsub gəmiricilər. == Xarici görünüşü == Lemminqlərdə ayaqları və quyruğu qısa olur. Kiçik qulaqları xəzlərinin altında gizlənmiş şəkildədir. Bədənlərinin uzunluğu 10-15 sm, quyruğunun uzunluğu isə 2 sm-ə qədər, kütləsi 20-70 q olur. == Yaşayışı və qidalanması == Lemminqlər Avrasiya və Şimali Amerikanın, tundra və meşə-tundra zonalarında, eləcə də Şimal Buzlu Okeanın adalarında yaşayır. Qışı adətən qarın altındakı torpaqda qurduğu yuvada bitki kökləri ilə qidalanmaqla keçirir. Bəzi növləri mövsümi olaraq yem bol olan yerlərə köç edirlər. Cil, kolcuqlar və mamırlarla qidalanır. Lemminqlər gün ərzində fasilələrlə qidalanırlar. Bəzi növləri qış üçün yem tədarükü görürlər.
Vinoqradov lemminqi
Vinoqradov lemminqi (lat. Dicrostonyx vinogradovi) — Dağsiçanları fəsiləsinə aid sıçan növüdür. Növ öz adını zooloq Boris Stepanoviç Vinoqradovun adındn götürmüşdür. Vinoqradov lemminqi Vrangel adasının endemik canlısıdır. == Sistematikası == Vinoqradov lemminqi ilk əvvəllər Dicrostonyx torquatus növünün yarımnönü hesab edilirdi. Sonradan isə müstəqil növ olması müəyyənləşir. Hazırda bəzi taksonlarda Vinoqradov lemminqi Qrenlandiya lemminqinin yarımnövü olaraq qeyd edilir. == Xariçi görünüş == Leminqlərin ən iri növüdür. Onun ölçüləri 17 sm təşkil edir. Karyotip stabildir (2n = 28).