Artemisia lercheana
Lerx yovşanı (lat. Artemisia lercheana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Afrikada, Asiyada təbii yayılmışdır.
== Botaniki təsviri ==
Səbəti 2-3 mm uzunluğunda, yumurtaşəkillidir. Aşağı yarpaqları 2-4 sm olub, düz, uc paycıqları dar, xətvari, 2 mm uzunluğundadır. Gövdənin orta yarpaqları yayın ikinci yarısında büzüşərək tökülür. Çiçəkləri al-qırmızı rəngdə olub, avqustda çiçəkləyir, noyabr-dekabr aylarında toxum verir.
== Ekologiyası ==
Gilli və şorakətli torpaqlarda bitir.
== Azərbaycanda yayılması ==
Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında yayılmışdır.
== İstifadəsi ==
Zehni fəaliyyəti artırır; sətəlcəm, xroniki bronxit, ağ ciyər vərəmi, astma, qrip, allergiya, faringit, ürək xəstəliyi, əsəb xəstəliyi, ikinci immun çatışmazlığı, dəridə ziyilləri, irinli səpkiləri müalicə edir, yağlı dəri üçün istifadə edilir.