levallua 2021
levellerlər 2021
OBASTAN VİKİ
Levellerlər
Levellerlər (ing. Levellers — bərabərçilər) — İngiltərə burjua inqilabı dövründə radikal siyasi cərəyan. Həmin dövrdə xırda burjuaziyanın maraqlarını ifadə edən levellerlər birpalatalı demokratik respublika yaradılması, vətəndaşların qanun qarşısında bərabərliyi, azad ticarət, vergilərin azaldılması və s. tələbləri irəli sürürdülər. İnqilab zamanı London sənətkarları və yeni tipli ordunun əsgərləri arasında siyasi publisist Con Lilbernin ideyaları geniş yayıldı. Onları levellerlər adlandırırdılar. == Tarixi == "Levelle" termini ilk dəfə XVII əsr İngiltərəsində istifadə olunmuşdur.1607-ci il Midland üsyanında ilk dəfə adları çəkilib. Bu vaxtdan etibarən levellerlər tarix səhnəsinə çıxdılar. Onlar leveller terminini təhqiredici sayırdılar və özlərini xalq müdafiəçiləri adlandırırdılar. Levellerlər İngiltərə tarixində ilk radikal siyasi qruplaşma hesab olunur.