leveric
levirat
OBASTAN VİKİ
Leviafan
Leviafan (ivr. ‏לִוְיָתָן‏‎ transliterasiya: livyatan - “burulmuş, bükülmüş”; müasir “balina” mənasını verir) — bibliyada Tanrı tərəfindən yaradılmış digər dəniz bədheybətləri arasında od püskürən və çoxbaşlı dəniz ilanı. Leviafanın inanılmaz gücü və ölçüsü var və zamanın sonunda Tanrı tərəfindən məhv edilməlidir. Leviafan Uqarit eposunda - “Baal dövrü”ndə fırtına tanrısı Baalın və Lotanı məğlub edən müharibə ilahəsi Anatın düşməni kimi çıxış edən yeddibaşlı dəniz ilanı Lotanın adı ilə mövcuddur. Ehtimal ki, mif tanrı Hadad və ilan Temtum arasındakı mübarizə haqqında daha qədim nağıllardan, həmçinin Mesopotamiya müharibə tanrısı Ninurtanın yeddi başlı əjdaha ilə döyüşü haqqında mifdən yaranmışdır ki, bu da eramızdan əvvəl III minilliyə aiddir. Fərqli dinlərdə Leviafana fərqli baxılır. Yəhudi təfsir ədəbiyyatında deyilir ki, salehlər Moşiakın gəlişindən sonra məğlub olmuş Leviafanın ətini yeyəcək və dərisindən istifadə edəcəklər. Zoqar kitabının sonrakı təfsiri "maariflənmə" üçün metafora kimi danışır. Xristian ilahiyyatçıları Leviatanı paxıllıq iblisi ilə eyniləşdirdilər. Sonrakı xristian təfsirləri Leviatanı timsahla eyniləşdirir.
Leviafan (Hobbs)
Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri. Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Hökmdar” əsəri ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar. == Məzmun == === Titul === Hobbsun traktatının adı Əyyubun kitabında qeyd olunan Leviafana eyham vurur. Con Lokkun “Dövlətin iki traktatı” və ya Hobbsun özünün “Hüququn elementləri” kimi erkən müasir siyasi fəlsəfə əsərlərində verilən bəsit informativ adlardan fərqli olaraq, Hobbs bu traktatı üçün daha poetik ad seçdi. === Frontispis === Parisli Abraham Bosse Tomas Hobbs ilə uzun müzakirələrdən sonra kitabın məşhur üz qabığı üçün Bossenin özü tərəfindən hazırlanmış "géometrique" üslubunda oyma örtük dizaynı hazırladı. Üz qabığının dizaynı baxımından Jan Matheusun Hobbsun "De Cive (1642)" əsərinə hazırladığı üz qapağına bənzəyir.