Li

ticarət əməliyyatlarında istifadə edilən qeyri-metrik ölçüdür.
Ləğvetmə Strategiyası
Liberallaşdırma
OBASTAN VİKİ
.li
.li — Lixtenşteynin internet kodu.
Li
Li — ad. Li Frensis — ABŞ aktyoru. Li Na — tenisçi. Li Syan Lun — Sinqapurun Baş Naziri. Li Çinq Yue — Çinli botanik və döyüş idman növləri üzrə ustad. Li Si-yon — Cənubi Koreya aktrisası və həvəskar boksçu. Li Tae Sun — Cənubi Koreya aktyoru. Li Yu Hyon — keçmiş Cənubi Koreya futbolçusu. Li Txemin — koreyalı müğənni. Li Ci Han — Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ranaldo — Amerikalı müğənni, söz yazarı Li Enn Parsli — Li Ziqi (vloger) — Digər Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu.
Emi Li
Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Mosartı, Torri Amosu və Denni Efmanı göstərmişdir. Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi.
Enq Li
Enq Li (ing. Ang Lee, Çin dilində 李安 (Lǐ Ān); 23 oktyabr 1954[…]) — Tayvanlı rejissor və prodüser. Əng Li Berlin Film Festivalında iki dəfə (1993, 1996) "Qızıl Ayı" laureatı, iki dəfə "Qızıl Aslan" Venesiya Film Festivalı (2005, 2007) qalibi olmuşdur. İki dəfə "Qızıl Qlobus" (2001, 2006) qalibi və xarici dildə ən yaxşı film nominasiyası üzrə "Oskar" (2000, 2006, 2013) (Crouching Tiger, Hidden Dragon) və Ən yaxşı rejissor (Qozbel dağ və Pinin həyatı) mükafatına layiq görülmüşdür.
Jonq Li
Yon Li (5 yanvar 1977) — Çini təmsil edən bədii gimnast. Yon Li Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Kayler Li
Kayler Li Vest (qızlıq soyadı: Potts; ing. Chyler Leigh West; 10 aprel 1982, Şarlott, Şimali Karolina) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır. Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur. Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı. Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu.
Kristofer Li
Kristofer Frank Karadini Li (d. 27 may 1922 – v. 7 iyun 2015) — məşhur Böyük Britaniyalı aktyor. 250-dən çox filmə çəkilmişdir və bu filmlərdən 69-u qorxu filmidir. Qraf Drakula, Saruman, Qraf Duku, Şerlok Holms, Qriqori Rasputin, Qraf Roşfor və s. rolları ilə məşhurlaşmışdır.
Ku Li
Ku Li (20 noyabr 1987) — Ukraynanı təmsil edən stolüstü tennisçi. Ku Li Ukraynanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Ku Li Ukraynanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Kurt Li
Kurt Li (10 yanvar 1978) — Kanadanı təmsil edən stolüstü tennisçi. Kurt Li Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Li-Fi
Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir. Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi, yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir. Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir. 8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.
Li (ad)
Li — ad. Li Frensis — ABŞ aktyoru. Li Na — tenisçi. Li Syan Lun — Sinqapurun Baş Naziri. Li Çinq Yue — Çinli botanik və döyüş idman növləri üzrə ustad. Li Si-yon — Cənubi Koreya aktrisası və həvəskar boksçu. Li Tae Sun — Cənubi Koreya aktyoru. Li Yu Hyon — keçmiş Cənubi Koreya futbolçusu. Li Txemin — koreyalı müğənni. Li Ci Han — Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ranaldo — Amerikalı müğənni, söz yazarı Li Enn Parsli — Li Ziqi (vloger) — Digər Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu.
Li (konfusiçilik)
Li (禮 \ 礼 Lǐ) — Dünya Nizamının bir ifadəsidir. Dünya ilə Səmavi İradə (Tyan Sin) arasında müvazinətdir. Cəngavər özündə Səmavi İradənin təcəssümünü görərək özünü dünyanın mütləq və ilahi mahiyyətinin daşıyıcısı kimi, Dünyanı onun həqiqi mahiyyətinə, mənasına qaytararaq nizama salmalı olan bir qüvvə kimi qavrayır. Cəngavər Səmavi İradənin təcəssümçüsü olmaqla Dünyanı onun ruhuna qaytararaq canlandırmalı və gözəlləşdirməlidir. Öz ruhundan ayrı düşən, Səmavi İradənin təcəssümçüsünə hələ ki, çevrilməyən dünyanı tsi anlayışı ifadə edir. Tsi qədim hindlilərin mayya termininə bənzəyir, sözün birbaşa mənasında isə tsi — xaos, qarışıqlıq deməkdir. Cəngavər xaos girdabında boğulan Dünya ilə üz-üzədir, Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti nizama salmalıdır. Dövlət yaratma missiyası onun üzərinə düşür. İdeal dövlət — Linin, Dünya Nizamının sosial mücəssəməsidir. Əgər ideal dövlət Dünya Nizamının, əgər belə demək mümkündürsə, nisbətən geniş miqyasda təcəssüm olunmasıdırsa, ideal ailə linin ən kiçik sosial məkan çərçivəsində qərarlaşmasıdır.
Li Bo
Li Bo (李白) (701-762) Tan sülaləsi dövündə yaşamış Çin şairidir. Təxminən 1100-ə qədər şeiri dövrümüzə kimi gəlib çatmışdır. Şerlərində Daosizmi tərənnüm etmişdir.
Li Siçonq
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Li Syannyan
Li Syannyan (23 iyun 1909; Xunan, Tzin İmperiyası — 21 iyun 1992; Pekin, Çin) — çinli dövlət və siyasi xadim, Çinin 3-cü sədri (1983—1988-ci illərdə). Li Syannyan 1909-cu il iyunun 23-də Tzin İmperiyasının Xunan qəzasında anadan olub. 1927-ci ildə 18 yaşlı Li Syannyan Çin Kommunist Partiyasının sıralarına qoşulub. Bu illərdə o, Payız məhsulu Mahuan üsyanının başında dayanıb. Bundan sonra Xuanan Qəzası Partiya Şöbəsinin Katibi, Xuanan Qəzası Fəhlə-Kəndli Xalq Komitəsinin sədri təyin edilib. 1931-ci ildən sonra Çinin Fəhlə-Kəndli Ordusu 4-cü Dəstəsinin Siyasi Komissarı təyin edilib. 1935-ci ildə dəstəsi ilə birgə Çin Kommunistlərinin yürüşünə qoşulub. Dəstəsi ilə yürüş əsnasında, Sıçuan əyalətinin qərb hissəsinə hücum edib, bu torpaqları ələ alıb. 1936-cı ildə Li Syannyanın dəstəsi Xuanxe çayını da arxada qoyarq Qərb Ordusu ilə birləşib. 1937-ci il ərzində Qərb Ordusu Sintszyan istiqamətində döyüşüb və müqaviməti yarıb.
Li Tsinhuy
Li Tsinhuy (Tam adı: çin. 黎錦暉; 5 sentyabr 1891, Syantan[d] – 15 fevral 1967, Şanxay) — Çin bəstəkarı və söz yazarı. "Çin pop musiqisinin atası" kimi tanınır. Tzin sülaləsinin süqutundan sonra ənənəvi musiqi janrlarından uzaqlaşaraq yeni şidayqu janrının əsasını qoymuşdur. Linin bəstələri həddən artıq məşhur olsa da, Milliyətçi Çin Partiyası onun musiqilərinə qadağa qoyur. Tənqidçilər mahnılarının cinsi məzmununa görə onun tərzini pornoqrafiyanın bir forması, "Sarı musiqi"; özünü isə ictimai əxlaqın "korrupsioneri" adlandırırdılar. 1949-cu ildə hakimiyyətin kommunistlərin əlinə keçməsindən sonra Çində bu cür pop musiqi qadağan edildi və Li 1967-ci ildə Mədəni İnqilabın yüksəlişi dövründə siyasi təqiblərin qurbanı olaraq ölümə tuş gəldi. Xunan əyalətinin Syantan şəhərində ziyalı ailəsində anadan olmuş Li Tsinhuy tanınmış Li qardaşlarından (səkkiz qardaş) ikincisidir. Böyük qardaşı Li Cinksi Mao Tszedunun yaxın dostu və müəllimi, görkəmli dilçi idi. Kiçik qardaşı Çin Yanq Li sonralar ABŞ-da əsərləri ən çox satılan müəlliflərdən birinə çevrilir.
Li Txemin
Li Txemin (koreyaca:이태민, d. 18 iyul 1993-cü il, Seul) – koreyalı müğənni, SHINee qrupunun ifaçısı.
Li Venlian
Li Venlian (çin. 李文亮; oktyabr 1985, Beytçjen[d], Lyaonin[d] – 7 fevral 2020, Uhan) — çinli həkim, bəzi məlumatlara görə COVID-19 koronavirus pandemiyası haqda ilk məlumat verən adam. 1986-cı il oktyabrın 12-də Beytçjen qəzasında anadan olmuşdur. 2011-ci ildə Uhan Universitetinin tibb fakültəsini oftalmoloq ixtisası üzrə bitirib. Üç il ərzində Xiamendə işləmiş, sonra yenidən Uhana dönərək mərkəzi xəstəxanada oftalmoloq kimi çalışmağa başlamışdır. Li evli olmuş, bir övlada malik idi. O, vəfat edəndə həyat yoldaşı ikinci uşağını gözləyirdi. Belə hesab olunur ki, 2019-cu il dekabrın 30-da "WeChat" çatında Uhan Universitetinin tibb fakültəsinin məzunları arasında baş tutan söhbətdə Li Venlian, SARS virusuna bənzər yeni bir virus haqqında ilk xəbəri vermişdir. Bu hadisədən sonra o, polisə çağrılaraq şayiələrin yayılmasının yolverilməzliyi barədə ciddi xəbərdarlıq alır. İşə qayıdan həkim yoluxmuş xəstələr də daxil olmaqla pasientləri qəbul etməyə davam etdi.
Li Venlyan
Li Venlian (çin. 李文亮; oktyabr 1985, Beytçjen[d], Lyaonin[d] – 7 fevral 2020, Uhan) — çinli həkim, bəzi məlumatlara görə COVID-19 koronavirus pandemiyası haqda ilk məlumat verən adam. 1986-cı il oktyabrın 12-də Beytçjen qəzasında anadan olmuşdur. 2011-ci ildə Uhan Universitetinin tibb fakültəsini oftalmoloq ixtisası üzrə bitirib. Üç il ərzində Xiamendə işləmiş, sonra yenidən Uhana dönərək mərkəzi xəstəxanada oftalmoloq kimi çalışmağa başlamışdır. Li evli olmuş, bir övlada malik idi. O, vəfat edəndə həyat yoldaşı ikinci uşağını gözləyirdi. Belə hesab olunur ki, 2019-cu il dekabrın 30-da "WeChat" çatında Uhan Universitetinin tibb fakültəsinin məzunları arasında baş tutan söhbətdə Li Venlian, SARS virusuna bənzər yeni bir virus haqqında ilk xəbəri vermişdir. Bu hadisədən sonra o, polisə çağrılaraq şayiələrin yayılmasının yolverilməzliyi barədə ciddi xəbərdarlıq alır. İşə qayıdan həkim yoluxmuş xəstələr də daxil olmaqla pasientləri qəbul etməyə davam etdi.
Li Yakoka
Lido Antoniy "Li" Yakoka (15 oktyabr 1924[…], Allentaun, Pensilvaniya – 2 iyul 2019[…], Bel-Eyr (Los-Anceles), Kaliforniya) Amerikalı biznesmen. Ən çox 1980-ci illərdə Chrysler şirkətinin yenidən doğuşundakı rolu ilə tanınır. 1979-cu ilə qədər Chrysler-in sədri və direktoru, 1979-cu ildən isə bunlardan əlavə olaraq idarə heyətinin sədri vəzifələrində işləmişdir. 1992-ci ildə təqaüdə çıxmışdır. Kitablar yazmış və bir çox kitaba da ilham vermişdir. Bunlara nümunə olaraq William Novakın yazdığı tərcümeyi-halını və özünün yazmış olduğu “Bütün liderlər hara getdi?” (Where all the leaders gone?) əsərləri göstərilə bilər. Dünyanın ən məşhur iş adamlarından biri olan Lee Iacocca, 1980-ci illərdə Amerika ixracatçılarının iddialı bir müdafiəçisi olmuşdur.
Li Yinqlonq
Li Yinqlonq (15 fevral 1977) — Çinli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Çini təmsil edir. Li Yinqlonq dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Li Zvans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
Li Çayld
Li Çayld (əsl adı Cim Qrant) - ingilis yazıçı. İlk romanı "Döşəməni öldürmək" (Killing Floor) Antoni mükafatına layiq görülmüşdür. Əsasən psixoloji romanlara üstünlük verir. Hər romanında keçmiş ABŞ polisi olan Cek Riçerin başına gələn macəralardan bəhs edilir. Qrant 29 oktyabr 1954-cü ildə İngiltərənin Koventri şəhərində anadan olub. 1958-ci ildə ailəsi və üç böyük qardaşı Handsvorst Vuda daha yaxşı təhsil almaq üçün köçdülər. Qrant 11 yaşına qədər Handsvorst Vuddakı Çerri Orçard məktəbində təhsil aldı. Daha sonra Birmingem Kral Edvard məktəbinə yazıldı. Atası məmur idi və kiçik qardaşı da roman yazıçısı oldu. 1974-cü ildə Şeffild Universitetinin hüquq fakültəsinə daxil oldu.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Li Çunşü
Li Çunşü (Çuanqzong; 15.5.926) — Şato əsilli sərkərdə. Sonrakı Tan imperiyasının ilk hökmdarı. Li Keyonun oğlu.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Cəmşid Naxçıvanski adına hərbi litsey
Cəmşid Naxçıvanski adına hərbi lisey — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı.
Dactylorhiza libanotica
Dactylorhiza romana subsp. libanotica
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
De-Livron adası
De-Livron adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Rimsk-Korsakov arxipelaqına daxil olan adalardan biri. Vladivostokdan 63 km cənub-qərbdə və Slavyankadan 19 km cənubda yerləşir. İnzibati olaraq Primorsk diyarı Xasan rayonuna aiddir. Uzaq Şərq dəniz qoruğunun bir hissəsidir. Adada daimi əhali yoxdur. Yay və payız ayları adaya bəzən turistlər və ya istirahət edənlər gəlir. Ada ilk dəfə 1851-ci ildə fransız balina ovçuları tərəfindən kəşf edilmişdır. 1852-ci ildə fransız "Kapriz" briqadasının dənizçiləri tərəfindən təsvir edilmişdir. Ruslar ilk dəfə 1854-cü ildə "Pallada" freqatı və "Vostok" şxununun heyəti tərəfindən araşdırılmış və təsvir edilmişdir.
Dei Linçei Akademiyası
Dei Linçei Akademiyası (it. Accademia Nazionale dei Lincei, çox vaxt qısa şəkildə Accademia dei Lincei, yaxuq "Vaşaqgözlülər Akademiyası") — İtaliyanın ən qədim elmlər akademiyası. Romada, Korsini palazzoda yerləşir. Akademiklər özlərini "vaşaqgözlü" (lincei) adlandırır. Elmi idrak üçün vacib olan itigözlülük xüsusən vaşaqa (it. lince, lat. lynx) — vəhşi meşə pişiyinə xas olduğu üçün özlərini belə adlandırırlar. Bu təşbeh Yunan mifologiyasında arqonavtların öncəgörəni kimi tanınmış Linkeyin itigözlülüyünə işarə olan "Linkey gözləri" ifadəsindən formalaşmışdır. İtaliyanın ən qədim akademiyası olan Dei Linçei akademiyası 1603-cü ildə Federiko Çezi tərəfindən yaradılmışdır və üç yüz il ərzində İtaliya elminin intelektual məkrəzi olmuşdur. İlk dövrlərdə akademiyanın cəmi dörd üzvü var idi.
Delta Air Lines
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir. Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir. 2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .
Dendrobium lindleyi
Dendrobium lindleyi (lat. Dendrobium lindleyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista aggregata Kuntze Dendrobium aggregatum Roxb. Dendrobium alboviride var. majus Rolfe Dendrobium lindleyi var. majus (Rolfe) S.Y.Hu Epidendrum aggregatum Roxb. ex Wall.
Dendrobium lithocola
Dendrobium lituiflorum
Dendrobium lituiflorum (lat. Dendrobium lituiflorum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista lituiflora (Lindl.) Kuntze Dendrobium hanburyanum Rchb.f. Dendrobium lituiflorum var. robustius Rchb.f.
Dendrobium phalaenopsis var. lindeniae
Dendrophylax lindenii
Dendrophylax lindenii və ya kabus səhləbi – orxideya ailəsindən (Orchidaceae) çoxillik epifitdir. Onun vətəni Florida və Kubadır. Digər ümumi adlara palma polly və ağ qurbağa orkide daxildir. Xüsusi "lindenii" epiteti onun kəşfçisi, Belçikalı bitki kolleksiyaçısı Jean Jules Lindendən götürülüb. Dendrophylax cinsi əvvəllər Polyrrhiza kimi tanınırdı. Dendrophylax lindenii Epidendroideae yarımfəsiləsində vandeae qəbiləsinin yarpaqsız epifitidir. Bitki əsasən ağac gövdəsində yerləşən fotosintetik köklər şəbəkəsindən ibarətdir. Yaşayış yeri Floridanın cənub-qərbindəki nəmli, bataqlıq meşələri və Kuba kimi Karib adalarıdır. Bu səhləb monokotlar arasında müstəsnadır, çünki çox azaldılmış gövdədən ibarətdir və yarpaqları pulcuqlara qədər azalmışdır. Düz, şnurvari yaşıl köklər yetkin bitkinin əsas hissəsini təşkil edir.
Denver (Hava Limanı)
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Denver Beynəlxalq Hava Limanı
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Devid Lim
Devid Lim (ing. David Lyme) – İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modelidir. Ən məşhur mahnısı "Bambina" mahnısıdır.
Devid Linç
Devid Kit Linç (ing. David Keith Lynch; 20 yanvar 1946[…]) — amerikalı rejissor, musiqiçi və aktyor. 20 yanvar 1946-cı ildə ABŞ-də doğulan Linç eyni zamanda tanınmış bir rəssamdır. Hətta çox nadir hallarda mebel dizaynerliyi ilə də məşğul olur. Pensilvaniya İncəsənət Akademiyası və Amerika Film İnstitutunda təhsil alıb. 1977-ci il istehsalı olan ağ-qara filmi "Eraserhead" ilə tanınmışdır. "Dune" və "Blue Velvet" ilə çoxalan uğuru 90-cı illərin sonunda çəkdiyi "Lost Highway" filmi ilə zirvəyə çatmışdır. Bundan sonra "Mulholland Dr." və yoxlama xarakterli qısa filmlər çəkdi. Filmlərində alçaq səsli gurultular, çürümüş əşyalar, pozulmuş personajlar və polyarlaşdırılmış qaranlıq dünyalar yaratması ilə film dünyasının diqqətini üzərinə yönəltmişdir.
Devid Livinqston
David Livinqston (ing. David Livingstone; 19 mart 1813[…], Blantir[d] – 1 may 1873[…]) — şotland əslli missioner, həkim, yazıçı, coğrafi tədqiqatçı. David Livinqston 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında iflasa uğramış fermer ailəsində anadan olmuşdur. Ağır həyat tərzi Livinqstonu 10 yaşından işləməyə məcbur edir. İşdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840-cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur. 1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir.
Devin Lisk
Dezful Hava limanı
Dezful Hava limanı (IATA: DEF, ICAO: OIAD), İranın cənubunda olan Dezful şəhərində yerləşən bir hava limanıdır. Hava limanı, İran Hərbi Hava Qüvvələrinə məxsus olan Vəhdəti Aviabazası olaraq istifadə edilir.
Didi Lilo
Didi Lilo ( gürc. დიდი ლილო ) - Gürcüstanda Tbilisi mərkəzindən 4.5 km şərqdə şəhər tipli bir qəsəbə. Tiflis bələdiyyəsinin bir hissəsidir (cari statistika Tiflis şəhərindəki şəhər tipli qəsəbəni nəzərə alır) . 2008-ci ilə qədər Kvemo Kartli bölgəsinin Gardaban bələdiyyəsinin bir hissəsi idi. Əhalisi 2417 nəfərdir (2014) , əsasən gürcülərdir . Didi Lilo Stalinin Vissarion Cuqaşvilinin doğulduğu yerdir. 1974-cü ildə Didi Lilo şəhər tipli qəsəbə statusunu aldı. Gürcüstan Ədliyyə Nazirliyinin arxivləri və Tbilisi Eksperimental Karbid Materialları Zavodu burada yerləşir. 2013-cü ilin əvvəlində Didi Liloda yerli mediada geniş yer alan bir qalmaqal baş verdi. Yanvarın 28-dən bəri kəndin 50-yə yaxın sakini zibil maşınlarının ora girməsinin qarşısını alaraq məişət tullantıları poliqonuna aparan yolu bağladı.
Drosera anglica var. linglica
İngilis şehçiçəyi (lat. Drosera anglica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
Drosera ligulata
Drosera arcturi (lat. Drosera arcturi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.