LİMFOSİTLƏR

сущ. лимфоциты (один из видов белых кровяных клеток в организме человека и позвоночных животных)
LİMFOİD
LİMİT
OBASTAN VİKİ
T-limfositlər
T-limfositlər və ya T-hüceyrələri — qırmızı sümük iliyindən daxil olan prekursorlardan timusda inkişaf edən limfositlər. T-limfositləri digər limfositlərdən hüceyrə səthində T-hüceyrə reseptorunun (THR) olması ilə fərqləndirmək olar. T-limfositləri sümük iliyində olan hematopoetik kök hüceyrələrdən əmələ gəlir. İnkişaf edən T-limfositləri daha sonra inkişaf etmək (və ya yetkin olmaq) üçün timus vəzinə köçür. T-limfositləri öz adlarını timusdan alırlar. Timusa köçdükdən sonra prekursor hüceyrələr bir neçə fərqli T-hüceyrələrinə çevrilir. T-hüceyrələrinin diferensiasiyası onlar timusdan ayrıldıqdan sonra da davam edir. Spesifik, differensiallaşdırılmış T-limfositlər alt tiplərinin qrupları immun cavabın idarə edilməsində və formalaşmasında müxtəlif mühüm funksiyalara malikdir. T-limfositlər qazanılmış immunitetdə mühüm rol oynayır. Onlar xarici antigenləri daşıyan hüceyrələrin tanınmasını və məhv edilməsini təmin edir, monositlərin və NK hüceyrələrinin təsirini artırır, həmçinin immunoqlobulin izotoplərinin dəyişdirilməsində iştirak edir (immun cavabın başlanğıcında B hüceyrələri IgM-ni sintez edir, daha sonra IgG istehsalına keçir, IgE, IgA).

Digər lüğətlərdə