LİMNOLOGİYA, GÖLŞÜNASLIQ

quru hidrologiyasının bir şöbəsi, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. L.-nın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. L-nın elmi əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən 5-ci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsasdandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan komples coğrafi istiqamət əsas yer tutur.
LİMNOFİL
LİMNOPLANKTON
OBASTAN VİKİ
Limnologiya
Limnologiya — quru hidrologiyasının bir şöbəsi olub, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. Limonologiyanın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. Limnologiya elminin əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən beşinci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsaslandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan kompleks-coğrafi istiqamət əsas yer tutur.