LİMONYEYƏNLƏR

Avropalılar uzunmüddətli dəniz səyahətinə çıxmağa başlayanda üzləşdikləri ən böyük çətinlik sinqa xəstəliyi idi. 1747-ci ildə şotlandiyalı həkim Ceyms Lind sinqaya tutulmuş dənizçilərə müxtəlif ərzaq məhsulları yedizdirərək xəstəliyə qarşı sitrus meyvələrinin ən yaxşı təsir etdiyini aydınlaşdırır. O, Britaniya Hərbi Dəniz Donanmasının komandanlığını dənizçilərin gündəlik yeməklərinə sitrus meyvələrinin daxil edilməsinin vacibliyinə inandırmağa çalışır. Komandanlıq buna razı olmur.

Ancaq kapitan Ceyms Kuk XVIII əsrin 70-ci illərində məşhur dəniz səyahətləri zamanı limon şirəsindən istifadə etdiyindən üç il ərzində sinqa üzündən cəmi bir dənizçisini itirir. Britaniya Hərbi Dəniz Donanmasının komandanlığı isə ancaq Lindin vəfat etdiyi 1795-ci ildə, şərait diktə edəndən sonra, limonu dənizçilərin yemək payına əlavə etməyə qərar verir.

Spirtli içkilər əvəzinə məcburi olaraq limon şirəsi içizdirilmələrinə ən çox çaşbaş qalanlar, təbii ki, ilk növbədə dənizçilər özləri idi. Bu “qəribə” fakt xarici ölkə dənizçilərinin də diqqətindən yayınmamışdı. Amerikalılar Britaniya dənizçilərini həqarətlə “limonyeyənlər” adlandırırdılar. Tədricən bu söz bütün britaniyalılara şamil edilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

 

LİMONİT
LİMUZİN
аэростати́ческий ба́нный брезгу́нья доза́ривать одновидово́й ста́точный та́зы тра́та упо́ристо международная опе́ка ры́нок тума́ниться бешлейка трезвый bivocal electrostatic indissociable people-in-law salep stalactitic затыкать клещи мочало намудрить фотосъёмка