LİPOSAKSİYA

is. \[yun. ιίπνο "piy", ing. suction "sorub-çıxarma"\] tib. Plastik cərrahiyyədə gözəl estetik konturların əldə olunması məqsədilə dərialtı piy toxumalarının cərrahi əməliyyatla xaric edilməsi. □ Ultrasəs liposaksiyası \\] – ultrasəsin köməyi ilə piyin durulaşdırılması; lazer liposaksiyası –ultrasəsin köməyi ilə əməliyyatın daha dar dəlikdən və dəriyə zərər vermədən aparılması; lazer liposaksiyası və ya lipoliz – aşağı tezlikli lazerin cərrahi kanyuldan dəri altına keçirilərək qansız və ağrısız piy toxumalarını parçalaması; şpris liposaksiyası – çox kiçik həcmdə (0,5 l) piy toxumasının xüsusi şpris vasitəsilə çəkilərək çıxarılması; pnevmatik liposaksiya – kompüterin nəzarəti altında xüsusi elektrik cərəyanı buraxan elektrolitin dəri altına daxil edilərək piyləri durulaşdırması və onları çəkərək çıxarması.
LİPOFİLİNQ
LİPUÇKA

Digər lüğətlərdə