LİTODİNAMİKA
litosferin səthində bərk maddəsinin onun yerdəyişmə proseslərinin dinamikasını öyrənir. L. vəzifəsi süxurların parçalanması, aşınma məhsullarının daşınması və çökdürülməsi qanunauyğunluqlarını aşkar etmək, müvafiq relyef formalarının əmələgəlməsini və dinamikasını öyrənməkdir. L. tədqiqatların nəticələrindən litogenez nəzəriyyəsində, geomorfologiyada, paleocoğrafiyada, fasial analizdə, səpintilərin öyrənilməsində, mühəndisi məsələlərin həllində istifadə edilir. Litodinamiki proseslər ekzogen (xarici faktorların işi-su, külək, buz) və qravitasion (töküntü, uçqun, sürüşmə, sel, suspenziya axımı) növlərə ayrılır.
литодинамика
lithodynamics