Loqarifmik xətkeş
Loqarifmik xətkeş — 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) tərəfindən yaradılmış və hesab əməllərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan xətkeş.
Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmanın hesablanması və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.
1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) loqarifmik xətkeşi yaratmışdır. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmi və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.