Lord Palmerston
Lord Palmerston (ing. Henry John Temple, 3rd Viscount Palmerston; 20 oktyabr 1784[…] – 18 oktyabr 1865[…]) — ingilis dövlət xadimi və diplomatıdır, iki dəfə İngiltərənin xarici işlər naziri, sonra daxili işlər naziri və nəhayət, baş naziri olmuşdur.
Palmerston ingilis burjuaziyasının yırtıcılıaq səylərinin sədaqətli ifadəçisi idi. O, ingilis burjuaziyasının qəsbkarlığı mənafeinə xidmət etdiyini "mədəniyyəti qorumaq" haqqında ibarəli sözlərlə ört-basdır edirdi. Onu müharibə qızışdıran, "təhlükəli baş nazir" kimi tanıyırdılar.
Palmerston rus xalqının qəddar düşməni idi. O, həmişə deyirdi ki, Rusiya İngiltərənin başlıca düşmənidir. Palmerston Rusiya əleyhinə koalisiyanın ilhamvericisi olub, bütün Avropanı bu koalisiyaya cəlb etməyə çalışır, Rusiyanı parçalamaq haqqında geniş planlar tuturdu. Krım müharibəsində (1854-1855) Sevastopolun on bir ay davam edən qəhrəmancasına müdafiəsi bu planları pozub puça çıxartdı..
== Mənbə ==
V. Morev, "Zəncilər həbsxanası", Bakı, "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı", 1953, səh.