lövhəyazan 2021
lpinlər 2021
OBASTAN VİKİ
Lpina
Lpina — Çolanın şimal-qərbində Çola ilə Şəki arasında yerləşən Qafqaz Albaniyasının əyaləti. Həmin ərazidə qafqaz albanları, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdı. Əyalətin adı yunanca lupen, ermənicə lpin adlandırılmış etnik qrupun adından götürülmüşdür. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun "Albaniya, Lpina və Çola" adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin - Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni - Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür, elə bu, Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”.Lpina VI-VII əsrlərdə türkdilli köçərilərin yürüşləri ilə əlaqədar basqınlara məruz qalmışdır.
блатно́й живьём отслу́шать пингви́н пониже́ние поха́бный самоизлива́ющийся семе́йские солесодержа́ние вивисе́кция вы́борочный неполноце́нный пониже́ние романизи́ровать се́ссия ши́льце bejesus bocca goldsmith passive deserter quiver leg sameness symposiarch видимо-невидимо рябчик