luviya 2021
luzitan
OBASTAN VİKİ
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Svetlana Luzanova
Svetlana Luzanova (29 iyun 1977) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Svetlana Luzanova Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Yelizaveta Luzan
Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Yelizaveta Luzan 2003-cü il martın 14-də anadan olub.
Lyudmila Luzan
Lyudmila Vladimirovna Luzan (ukr. Людмила Володимирівна Лузан;27 mart 1997, İvano-Frankovsk) — Ukraynalı kanoeçi. 2020-ci il Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, ikiqat Avropa çempionu, dəfələrlə Avropa çempionatı mükafatçısı. == Karyerası == Lyudmila Luzan, 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında iştirak edib və burada Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda 5-ci yeri tutub. 2021-ci ildə Poznanda keçirilən Avropa Çempionatında o, dörd medal qazanaraq karyerasında ən yüksək nəticəsini əldə edib. Təklərin yarışlarında o, 500 metr məsafəyə qaçışda qalib gəlib, 200 metr məsafəyə qaçışda da ikinci olub. Anastasiya Çetverikova ilə birlikdə 500 metr məsafədə çempion, həmçinin 200 metr məsafədə isə bürünc medal mükafatçı olub. 5 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında o, 200 metr məsafəyə kanoevə avarçəkmə yarışında tək bürünc medal qazandı. Luzan birinci yerdən finala yüksəldi, burada o, yalnız son metrlərdə Ukrayna mükafatını aldı. 7 avqust 2021-ci ildə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarında Anastasiya Çetverikova ilə birgə 500 metr məsafəyə qaçışda gümüş medal sahibi olub.