LƏVAT

fiqhə görə qadağan olunmuş eyni cinsdən iki insanın seksual yaxınlığıdır. Müctəhidlərin fikrincə Quranda buna dəlalət edən ayələr (7: 80-81) vardır. Maliki, hənbəli və cəfəri məzhəblərində homoseksuallar günahları sübuta yetirilsə subay ya evli olmasından asılı olmayaraq rəcm olunurlar. Şafiilərdə isə homoseksuallığı yasaqlanmış cinsi yaxınlıq kimi dəyərləndirirlər. Ancaq, bu məzhəbdə cinsi əlaqədə olan homoseksualların evli olub-olmamaqları araşdırılır. Homoseksual insan evli olarsa onda o, daşqalaq edilərək öldürülməlidir. Subay olarsa şallaqlanaraq sürgün edilməlidir. Hənəfilərdə isə homoseksuallıq yasaqlanmış cinsi yaxınlıq kimi deyil, ağır cəza ilə cəzalandırılan bir cinayət kimi dəyərləndirilir.
LƏQƏB
LOĞMAN