LƏZGİCƏ

нареч. по-лезгински. Ləzgicə danışmaq говорить по-лезгински
LƏZGİ
LƏZGİHƏNGİ
OBASTAN VİKİ
Ləzgicə
Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir. Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır. Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır: Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi. Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. == Təsnifat == Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.
Ləzgicə Vikipediya
Ləzgicə Vikipediya (ləzg. Лезги Википедия) — Vikipediyanın ləzgi dilində olan bölməsidir. Vikipediyanın bu bölməsində 3000-dən çox məqalə yaradılıb.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.

Digər lüğətlərdə