MÖVSÜM

ilin bir neçə ay davam edən hissəsi. Astronomik, sinoptik, iqlim, yaxud fenoloji əlamətlərə görə ayrılır. Sinoptik M.-lərin başlama vaxtı çox müxtəlifdir. Bəzən ili isti və soyuq M.-lərə bölürlər. İqlimşünaslıqda M.-lərin sayı və vaxtı astronomik M.-lərlə uyğun gəlmir. Mülayim qurşaqda iqlim M.-ləri (qış, yaz, yay, payız), əsasən termik əlamətlərə, tropik iqlimdə isə rütubətlənməyə (quru və rütubətli M.-lər) görə ayrılır.
MORFOİQLİM ZONASI
MÖVSÜMI QAR SƏRHƏDI
OBASTAN VİKİ
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Mövsüm Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı. Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir Ailəlidir , üç övladı var.
Fleş (II mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır. Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
Fleş (I mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir. Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır. Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir.
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mir Mövsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Mövsüm Hüseynov (əsgər)
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu – Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm İbrahimov
Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi. Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.
Mövsüm Şıxıyev
Mövsüm bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Ox (III mövsüm)
“Ox” teleserialının üçüncü mövsümünün premyerası The CW telekanalında 8 oktyabr 2014-cü ildə baş tutmuş, final seriyası isə 13 may 2015-ci ildə yayımlanmışdır. Üçüncü mövsümə ümumilikdə 23 seriya daxildir. Üçüncü mövsümdə əsas diqqət Ox komandasının Qatillər Liqasının rəhbəri Ras al-Qulla mübarizəsinə yönəldilib. Fleşbeklərdə Oliverin Honkonqda yaşayışı, A.R.G.U.S.-la əməkdaşlığı göstərilmişdir. Üçüncü mövsümdə yeganə şouranner Mark Quqqenheym olmuşdur. Üçüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Süjetin romantik məzmunu, Betmenə edilən həddən artıq açıq istinadlar və Ras al-Qul personajının yetərincə bitkin yazılmaması xüsusilə tənqid mövzusuna çevrilmişdir. Mövsümün ən yaxşı seriyaları kimi “Ox” serialının spin-offu olan “Fleş” serialı ilə illik krossoverin ikinci hissəsi olan “Cəsur və kobud” və əsas qəhrəmanla antaqonistin ilk dəfə açıq döyüşdə qarşılaşdığı “Qalxış” seriyası qiymətləndirilmişdir. “Ox”un üçüncü mövsümü, ABŞ-la yanaşı digər ölkələrdə də yayımlanmışdır. Böyük Britaniyada mövsümü Sky1, Kanadada isə CTV telekanalları yayımlamışdır.
Ox (II mövsüm)
"Ox" teleserialının ikinci mövsümünün premyerası The CW telekanalında 10 oktyabr 2013-cü ildə baş tutmuşdur. 14 may 2014-cü ilə kimi davam edən ikinci mövsüm ərzində ümumilikdə 23 seriya təqdim edilmişdir. Teleserial Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, ədalətsizlik və cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarına əsaslanmışdır. İkinci mövsümdə serialın şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. İkinci mövsümdə beş il adada yaşadıqdan sonra doğma şəhəri Starlinq-sitiyə qayıdan keçmiş milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) şəhərdə cinayətkarlıq və ədalətsizliklə mübarizə aparır. Bu işdə ona Con Diql (Devid Ramsi) və Felisiti Smouk (Emili Bett Rikards) kömək edirlər. Mövsümdə Oliverin qarşılaşdığı əsas düşmən vaxtilə birgə adada olduqlar Sleyd Vilson (Manu Bennett) olur. Oliver Roy Harperi (Kolton Heyns) köməkçisi kimi qəbul edir və zabit Kventin Lenslə (Pol Blektron) birgə çalışmağa başlayır. Oliver mövsümdə başqa bir tərəfdar da qazanır, bu, əvvəl öldüyü güman edilən Sara Lensdir (Keyti Lotz). Fleşbeklərdə Oliverin Lian Yu adasında keçirdiyi dövrdən bəhs olunur, onun Doktor Entoni İvo (Dilan Nil) ilə qarşılaşması, Sleyd, Sara və Şado (Selina Jade) ilə birgə çalışması göstərilir.
Ox (IV mövsüm)
“Ox” teleserialının dördüncü mövsümünün premyerası The CW telekanalında 7 oktyabr 2015-ci ildə baş tutmuş, 23 seriyalı mövsümün son seriyası 25 may 2016-cı ildə efirə verilmişdir. Dördüncü mövsümdə serialın şouranneri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. Dördüncü mövsümdə əsas diqqət Ox komandasının Demien Dark və onun terror təşkilatı ilə mübarizəsi üzərində cəmlənmişdir. Dördüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür.
Ox (I mövsüm)
ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur. Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir. Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır. Mübarizə zamanı onun yaxın tərəfdaşları Con Diql (Devid Ramsi) və Felisiti Smok (Emili Bett Rikards) olurlar. Oliver həm də keçmiş sevgilisi Lorel Lenslə (Keti Kassidi) münasibətlərini bərpa edir. Birinci mövsümdə həm də Oliverin adana keçirdiyi günlərlə bağlı fleşbeklər göstərilir.
Ox (V mövsüm)
"Ox" teleserialının beşinci mövsümünün premyerası The CW telekanalında 5 oktyabr 2016-cı ildə təqdim edilmiş və 24 may 2017-ci ilə kimi davam etməklə 23 seriyanı ehtiva etmişdir. Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlıqla mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarından bəhs edən teleserial digər Ox Kainatı serialları ilə eyni dünyanı paylaşır. Beşinci mövsümün şourannerləri Mark Quqqenhaym və Vendi Merikl olmuşlar. Əsas personaj Oliver Kuinni canlandıran Stiven Amellə yanaşı serialın əsas aktyor heyətinə Con Diql rolu ilə Devid Ramsi, Teya Kuinn rolu ilə Uilla Holland, Felisiti Smok rolu ilə Emili Bett Rikards və Kventin Lens rolu ilə Pol Blektorn daxildir. Yeni mövsümdə daha əvvəlki seriyalarda formalaşmış əsas aktyor heyətinə Körtis Holt rolu ilə Exo Kellum və Prometey rolu ilə Coş Segarra qoşulmuşlar. Milyonçu-pleyboy Oliver Kuinn (Stiven Amell) gəmi qəzası nəticəsində Şimali Çin dənizindəki sirli Lian Yu adasına düşüb beş il orda vaxt keçirdikdən sonra vətəri Starlin-sitiyə (sonradan Star-sitiyə dəyişdirilir) qayıdaraq cinayətkarlığa qarşı mübarizəyə başlayır. Beşinci mövsümdə Oliver yeni qisasçılar dəstəsini yetişdirir. Dəstəyə Vəhşi köpək ləqəbli Rene Ramirez (Rik Qonzales), Cənab Terrifik ləqəbli Körtis Holt, Artemida ləqəbli Evelin Şarp (Medison MakLaflin) və Reqmen ləqəbli Rori Reqan (Co Dinikol) daxildir. Oliver yeni mövsümdə həm də yeni Qara bülbül olan polis xəfiyyəsi Dayna Dreykin (Culianna Harkavi) təlimi ilə məşğul olur. Oliver qiasasçılıq və yeni vəzifəsi olan şəhər meri səlahiyyətlərini tənzimləməyə çalışır.
Qalmaqal (III mövsüm)
Qalmaqal teleserialının üçüncümövsümünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir. Mövsüm on səkkiz seriyadan ibarətdir. Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar. Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir. Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir. Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir. Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir. 9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır. Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası İlay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır. Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Qalmaqal (II mövsüm)
Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir. İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır. 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır.
Qalmaqal (IV mövsüm)
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir. Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir. Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır. Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər.
Qalmaqal (I mövsüm)
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir. "Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur. Serialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır. Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil." Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.
Qalmaqal (V mövsüm)
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir. Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur. ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir.
Cəfər Mövsümov
Cəfər Mövsümov (1 yanvar 1927, Bakı – 22 may 2005, Bakı) — azərbaycanlı hüquqşünas; hüquq elmləri doktoru, professor. C. H. Mövsümov Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi olub. Cəfər Hacı Həsən oğlu Mövsümov yanvarın 1-də 1927-ci ildə Bakı şəhərində neftçi ailəsində doğulmuşdur. Beş yaşı olarkən atası vəfat etmiş, on nəfər bacı-qardaşı ilə birlikdə C. Mövsümov anası Şirinbacı xanım Mövsümovanın himayəsində tərbiyə almışdır. Ailənin üzləşdiyi maddi çətinliklərə görə 12 yaşında işləmək məcburiyyətində qalmışdır. O, gündüzlər ayaqqabı təmiri emalatxanasında, karamel fabrikində, yay tətili dövründə isə Bilgəhdəki zəfəran plantasiyalarında çalışmış, axşamlar məktəbdə təhsil almışdır. 22 may 2005-ci ildə Bakıda vəfat etmişdir. Cəfər Mövsümov 1944-cü ildə orta məktəbi qurtararaq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş, universitetdə əla qiymətlərlə oxuduğuna görə təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə M. İ. Kalinin adına Hüquq İnstitutuna göndərilmişdir. 1948-ci ildə Leninqradda təhsilini bitirərək, Bakıya qayıdır, Universitetdə müəllimlik fəaliyyətinə başlayır.
Formula-1 mövsümlərin siyahısı
1950-ci ildən Dünya Formula-1 Çempionatı, Mühəndislər Kuboku 1958-ci ildən etibarən reallaşdırıldı. Cədvəl dünya çempionlarını və Dizayn Kubokunun sahiblərini keçən mövsümlərdə komandalar arasında göstərir. "Pilotlar" sütununda bu mövsüm Formula-1 yarışlarının başlamasına gedən pilotların sayı göstərilir, "Komandalar" sütununda iştirak edən komandaların sayı göstərilir. Ölkəyə görə pilot: Mühəndislər Kuboku üzrə Mühəndislər: Pilotların çempionluq adları üzrə komandalar: Statistikalar, 1958-ci ildən, Mühəndislər Kuboku ilə müqayisədə, nəticələrə əsaslanır.
Fənərbaxça PFK 2015-16 mövsümü
Fənərbaxça PFK 2015-16 mövsümü — Fənərbaxça İdman Klubunun futbol şöbəsinin qurulmasından sonra ümumilikdə 109-cu, milli çempionatda isə 58-ci mövsümü. 2014-15 mövsümünü 2-ci yerdə bitirən Fənərbaxça UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edəcəkdir. Klubun formalarının Adidas şirkəti istehsal edəcəkdir. Formaların bel sponsoru Ülker, şort sponsoru MNG Kargo olacaqdır.
Fərid Mövsümov
Fərid Mövsümov (tam adı: Fərid Zakir oğlu Mövsümov; 19 sentyabr 1987; Göyçay, Azərbaycan — 30 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Mövsümov 1987-ci il sentyabr 19-da Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Gilas mövsümü (teleserial, 2014)
Gilas Mövsümü — Türkiyə istehsalı serial. Serialın baş qəhrəmanı moda ilə maraqlanan və bu ixtisas üzrə təhsil alan Öykü Acar (Özge Gürel) adlı gənc bir qızdır. O, yeniyetmə qardaşı Cem və anası Meral (Ayşegül Ünsal) ilə sadə bir ailədə yaşayır. Öykünün, ən yaxın rəfiqəsi Bürcü Uyarın (Nihal Işıksaçan) qardaşı Metedən (Daghan Külegec)xoşu gəlir, hansı ki uşaqlıqda bir yerdə böyümüşdülər. Hamı kimi Mete də bunu bilmir və o, Öykünün rəfiqəsi Şeymanı (Nilperi Şahinkaya) sevir. Bir gün Öykü universitetə gedən zaman təsadüf nəticəsində Metenin ən yaxın dostu Ayazla (Serkan Çayoğlu) tanış olur. İlk dəfədən bir-birlərinə nifrət etsələr də, sonra dostlaşır və nəhayət, bir-birlərini həqiqətən də sevməyə başlayırlar. Onda Öykü anlayır ki, əsl sevgi artıq onu tapıb.
Korra əfsanəsi (III mövsüm)
Kitab 3: Dəyişiklik (ing. Book Three: Change) Korra əfsanəsi cizgi serialının üçüncü mövsümdür. O, 13 seriyadan ("fəsildən") ibarətdir. Kitab 3 2014-cü ilin iyunun 27-dən ABŞ-nin Nickelodeon kanalında yayımlanmağa başlamışdı. Lakin aşağı düşən reytinqlərinə iyulun 25-də kanal serialı 8-ci seriyada yayımlamağa kəsdi.
Korra əfsanəsi (II mövsüm)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər. Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o gədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yoruculu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb.
Korra əfsanəsi (IV mövsüm)
Kitab 4: Balans (ing. Book Four: Balance) Korra əfsanəsi cizgi serialının dördüncü mövsümüdür.
Korra əfsanəsi (I mövsüm)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar. Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı.
Kərgədan mövsümü (film, 2012)
Kərgədan mövsümü — 2012-ci ilin filmi. Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Mir Ağa Mövsümov
Mövsümov Mirağa Mirmövsüm oğlu (1850, Şamaxı -1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, Ģəriəti, islam tarixini öyrənmiĢdir. ġamaxıda xüsusi məktəb açmıĢ (1882-87), oğlanlara əlifba və Ģəriət qaydalarını tədris etmiĢdir. 1887 ildə Bakıya köçərək, burada da ġamaxıdakı məktəb kimi məktəb açmıĢdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz Ģiə ruhani idarəsində xüsusi komissiya qarĢısında imtahan verərək, Ģəriət və Azərbaycan dili müəllimi dərəcəsi almıĢ, uzun müddət Bakı məktəblərində Ģəriətdən dərs demiĢdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmiĢdir. Həsən bəy Zərdabi ilə dost olan M.Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırıĢına cavab olaraq, "Əkinçi"də təbliğ olunan fikirlərin məzmununa uyğun yazdığı Ģerləri 1901 ildə Bakıda "Türk nəğmələrinin məcmuəsi" adı ilə kitab halında nəĢr etdirmiĢdir. H.Zərdabi "Türk nəğmələri"nin əhalinin siyasi düĢüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiĢ və müasir Ģairlərə M.Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüĢdü. M.Mövsümovun uĢaq Ģerlərindən ibarət "Hədiyyeyi-ətfal" (1911) kitabı da nəĢr olunmuĢdur. 20 əsrin əvvəllərində "rus-müsəlman" məktəbləri üçün "Təcvid" (1909), "ġəriət kitabı" (1909), "Tarixi müqəddəs" (1911), "Əhaili-islam" (1914), "Yeni təlimül-Ģəriə" (1916) və s.
Mir Həsən Mövsümov
Mirhəsən Hacı Mirağa oğlu Mövsümov (1882, Şamaxı – 17 iyun 1907, Bakı) — Hümmət Partiyasının qurucularından biri, naşir, yazıçı-publisist. İbtidai təhsilini Bakıda mollaxanada və rus-tatar məktəbində almışdır. Bakı Real Məktəbində oxumuşdur. Şəriət müəllimi, alim-metodist, şair Hacı Mirağa Mövsümovun oğludur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, çarizmə qarşı siyasi mübarizəyə qoşulmuş, Məhəmməd Əmin Rəsulzadə, Sultanməcid Əfəndiyev, Məşədi Əzizbəyov, Məmmədsadıq Axundov və başqaları ilə birlikdə Müsəlman Sosial Demokrat "Hümmət" Partiyasının əsasını qoymuşdur. Evində gizli mətbəə yaratmış, "Hümmət" qəzetinin 6 nömrəsini (1904–1905) və bir sıra siyasi vərəqələr buraxmışdır. Sosial-demokratik ideyaları təbliğ etdiyinə görə həbs olunmuş, irəli sürülən ittihamlar sübuta yetmədiyindən azad edilmişdir. Təqiblərdən qurtarmaq üçün Gədəbəyin gümüş, mis mədənlərində fəhlə işləmişdir. O siyasi mübarizədə bədii və publisist sözün təsir gücünə önəm vermiş, "Hümmət", "Dəvət-Qoç", "Təkamül", "İrşad" qəzetlərində müxtəlif janrlarda yazılar (hekayə, pyes, məqalə və s.) dərc etdirmişdir. Seyid Musəvinin "Çaq-çuk", "Təzə əsrin tüluunda", "Məşədi İsmayıl" hekayələri, "Mis mədəni" pyesi, "Bakı həbsxanası" məqaləsi və inqilabi vərəqələri Azərbaycan ədəbiyyatı və publisistikasında özünəməxsus yer tutur.
Mirzə Mövsümzadə
Mirzə Məmməd oğlu Mövsümzadə (17 oktyabr 1939, Bakı) — kimya elmləri doktoru, professor. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini. Mirzə Mövsümzadə1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsiniə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1964-cü ildə o, aspiranturaya daxil olub. 1968-ci ildə "α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1986-cı ildə "Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institun elmi işlər üzrə direktor müavinidir. Məmməd Mövsümzadənin oğludur.
Möhtəşəm əsr (I mövsüm)
Türkiyə tarixi, dram və döyüş teleserialı olan Möhtəşəm əsr teleserialının birinci mövsümünün premyerası 5 iyun 2011-ci il tarixində Show TV kanalında baş tutmuş, 24 seriyadan ibarət olan birinci mövsümün final seriyası isə 24 iyun 2011-ci ildə nümayiş edilmişdir. Teleserialda Osmanlı İmperiyasının ən güclü hökmdarlarından biri, 10 il 1 ayını səfərdə keçirmiş və bununla da Osmanlı İmperiyasının ən çox səfərə çıxan və ən çox səfərdə vaxt keçirən hökmdarı kimi tarixə düşmüş, "Möhtəşəm Süleyman" ləqəbi ilə tanınan Sultan Süleymanın həyatından bəhs edilmişdir. Həmçinin teleserialda Sultan Süleymanın Hürrəm Sultanla olan eşqi, Hürrəm Sultanın övladları üçün daxil olduğu taxt mübarizəsi və dövrün saray həyatı öz əksini tapmışdır. Birinci mövsüm ümumilikdə 24 seriyadan ibarət olmuş, hər seriyası isə təxminən 100-120 dəqiqə nümayiş olunmuşdur.
Mövsüm Hüseynov Xudu Oğlu

Значение слова в других словарях